thumb|Besedka sxemi

Besedka və ya bəzən çardaq — tarla, bağ və həyətlərdə yay aylarında sərinləmək və istirahət etmək məqsədilə inşa edilən, adətən üstü örtülü, bəzən isə sarmaşıq bitkilərlə örtülən sadə memarlıq strukturu. Besedka müxtəlif formalarda — kub, silindr və ya digər həndəsi fiqurlar formasında ola bilər. Besedkaların tikintisində əsasən ağac materiallarından istifadə olunur. Onların içərisinə bəzən qapı vasitəsilə daxil olunur, bəzən isə bir və ya bir neçə tərəfi tamamilə açıq olur. Divarlarında oturmaq üçün nəzərdə tutulmuş çıxıntılar yerləşə bilər. Bir çox besedkada qida və içkilərin istifadəsi üçün masa mövcuddur.A longer definition appears in the Merriam-Webster Concise Encyclopedia: Retrieved 25 October 2012.

Etimologiyası

Besedka () sözü rus dilindəki "беседа" — "söhbət, ünsiyyət" sözündən yaranmışdır. Daha sonra isə bu sözə "-кa" kiçiltmə şəkilçisi əlavə olunmuşdur. Yəni sözün birbaşa etimoloji mənası "Söhbət üçün yer", "oturub danışılan kiçik məkan" deməkdir. Əvvəlcə söhbət etmək, görüşmək üçün nəzərdə tutulan kiçik pavilyon mənasında işlədilmişdir. Zamanla bağlarda, parklarda, həyətyanı sahələrdə inşa edilən üstü örtülü, açıq istirahət tikililərinin ümumi adı kimi sabitləşmişdir.

Çardaq sözü isə Azərbaycan dilinə XIV əsrdə farsca çârtâk ("dörd tağ") sözündən keçmişdir."çardak." Nişanyan Sözlük.

Qalereya

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Pavilyonlar Kateqoriya:Landşaft memarlığı Kateqoriya:Bağ xüsusiyyətləri Kateqoriya:Memarlıq elementləri Kateqoriya:Bağçılıq Kateqoriya:Komalar