Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycanda səfirliyi — BƏƏ-nin Azərbaycanda diplomatik nümayəndəliyi. Səfirlik Azərbaycan Birləşmiş Ərəb Əmirliklərini Azərbaycanda təmsil edir və BƏƏ-nin rəsmi nümayəndəliyi olaraq iki ölkə arasında diplomatik münasibətlərə aid bütün məsələləri əhatə edir. O, BƏƏ-in siyasi, iqtisadi, maliyyə və hüquqi məsələləri, eləcə də elm, təhsil, mədəniyyət və s. sahələrində maraqlarını Azərbaycanda təmsil edir.

Azərbaycan və BƏƏ Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq edirlər.

2022-ci ildən Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycanda fövqaladə və səlahiyyətli səfiri Məhəmməd Əl Bluşidir. İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Tarixi Birləşmiş Ərəb Əmirlikləri Azərbaycan Respublikasının müstəqilliyini 1991-ci il, 26 dekabr tarixində tanımışdır.

Azərbaycan Respublikası ilə BƏƏ arasında diplomatik əlaqələr 1992-ci ilin sentyabrın 1-də qurulmuşdur.

1994-cü ildə Birləşmiş Ərəb Əmirlikləri Ankaradakı səfirini Azərbaycana akkreditə etmişdir.

1997-ci ilin 11 aprel tarixində Azərbaycan Respublikası Milli Məclisinin "Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərində Səfirliyinin təsis edilməsi" haqqında qərarı Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən təsdiq edilmişdir.İkitərəfli əlaqələri

2001-ci ilin iyunun 16-da Azərbaycan Respublikasının Əbu-Dabi şəhərində səfirliyi açılıb.Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki Səfirliyi

2011-ci ildən BƏƏ-in Bakıda səfirliyi fəaliyyət göstərir.The Republic of Azerbaijan - UAE Relationships

Parlamentlərarası əlaqələri Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan —BƏƏ Parlamentlərarası əlaqələri üzrə işçi qrupu təsis edilmişdir.

Birləşmiş Ərəb Əmirliklərinin Federal Milli Şurasında BƏƏ — Asiya (Azərbaycan daxil) parlamentlərarası dostluq qrupu yaradılıb.

BƏƏ-in Azərbaycanda səfirləri Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı səfiri BƏƏ-ni Azərbaycanda təmsil edən ən yüksək diplomatik vəzifəli şəxsdir.

Səfir Müddət başlanğıcı Müddətin sonuSalem Xalifa Mohamed Əl-Ğafli 20112015Mohamed Hamel Alqubaisinİlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib 20 oktyabr 2015 20152022 Məhəmməd Əl Bluşi 2022 2022

Viza tələbləri Birləşmiş Ərəb Əmirlikləri vətəndaşları Azərbaycana viza tələb olunmadan daxil ola bilərlər. Bu vizasız rejim çərçivəsində BƏƏ vətəndaşı ölkəyə giriş zamanı hava limanında xarici pasportunu təqdim edir və 3 ay ərzində bu ölkədə qalmaq icazəsinı alır. Azərbaycan və BƏƏ qarşılıqlı olaraq vətəndaşlar üçün viza rejimini ləğv edir

Həmçinin bax Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfirliyi

İstinadlar

Xarici keçidlər United Arab Emirates Ministry of Foreigh Affairs Embassy of the Republic of Azerbaijan to the United Arab Emirates İnstagram

Kateqoriya:Azərbaycanın xarici siyasəti Kateqoriya:Azərbaycan–BƏƏ münasibətləri Kateqoriya:Diplomatik nümayəndəliklər Kateqoriya:Azərbaycanın ikitərəfli əlaqələri Kateqoriya:BƏƏ-nin ikitərəfli əlaqələri Kateqoriya:Birləşmiş Ərəb Əmirlikləri Kateqoriya:Azərbaycanın diplomatik nümayəndəlikləri