Marko Santaqata (; ) — italyan akademiki, yazıçısı və ədəbiyyatşünası.
Bioqrafiyası Santaqata Piza Universitetində və 1970-ci ildə məzun olduğu Scuola Normale Superiore di Pisa Universitetində klassik ədəbiyyat üzrə təhsil almışdır. O, 1984-cü ildə filologiya, ədəbiyyat və dilçilik professoru kimi öz təhsil aldığı Piza Universitetinə qayıtmazdan əvvəl Venesiyadakı Ca' Foscari Universitetində ədəbiyyat professoru olmuşdur. O, Dante Aliqyeri, Covanni Bokkaçço və Petrarkanın ən vacib italyan mütəxəssislərindən biri idi.
Marko Santaqata İtaliyada davam edən pandemiya dövründə COVID-19-a yoluxduqdan sonra 9 noyabr 2020-ci ildə 73 yaşında Pizada vəfat etmişdir.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:1947-ci ildə doğulanlar Kateqoriya:2020-ci ildə vəfat edənlər Kateqoriya:73 yaşında vəfat edənlər Kateqoriya:Əlifba sırasına görə şəxslər Kateqoriya:İtaliya yazıçıları Kateqoriya:İtaliya akademikləri Kateqoriya:Piza Universitetinin məzunları Kateqoriya:COVID-19 pandemiyasından İtaliyada vəfat edənlər