Əbu Əvn Abdullah ibn Əvn ibn Ərbətən əl-Müzəni əl-Bəsri (; ) — bəsrəli hədis alimi.
Həyatı Hicri 66-cı (685) ildə Bəsrədə anadan olub. Bəzi mənbələrdə doğum tarixinin hicri 64-cü il olduğu qeyd olunub. Babası Müzeynə qəbiləsinin mövlası olduğu üçün nisbəsi "Müzəni"dir.
İbn Əvn Ənəs ibn Maliki görmüş, Səid ibn Cübeyr, İbrahim ən-Nəxai, Şəbi, Əta ibn Əbu Rəbah, Həsən əl-Bəsri və Məhəmməd ibn Sirin kimi bir çox şəxsiyyətdən hədis dinləmişdir. İbn Əvndən də Əməş, Şöbə, Süfyan əs-Sövri, Abdullah ibn Mübarək, Əzhər ibn Səd, Hüşeym ibn Bəşir, Vəki ibn Cərrah, Yəhya ibn Səid əl-Qəttan kimi alimlər hədis rəvayət etmişlər. Həmçinin onun rəvayətlərinə "Kütubi-sittə"də yer verilmişdir.
Hədis sahəsi ilə yanaşı, qiraət və fiqhdə də dərin biliyə sahib olduğu söylənən İbn Əvn, hicri 151-ci (768) ildə Bəsrədə vəfat etmişdir.
İstinadlar Kateqoriya:Hədis alimləri Kateqoriya:Hədis alimləri Kateqoriya:Ravilər