Roland Corporation — Elektron musiqi alətləri və musiqi proqram təminatı istehsal edən Yaponiya musiqi alətləri istehsalçı şirkəti.

Şirkət 18 aprel 1972-ci ildə Osakada 33 milyon yen kapitalı ilə İkutaro Kakehaşi tərəfindən təsis edilib. 2005-ci ildə şirkətin ofisi Hamamatsuya köçürülüb.

Şirkətin Çin, Yaponiya, ABŞ, İtaliya və Tayvanda fabrikləri var. Roland brendindən əlavə, məhsulları Edirol (fərdi səsyazma interfeysləri), Boss (gitara emalı), Rodgers (rəqəmsal orqanlar) və "Cakewalk" (həvəskar və peşəkar səsyazma üçün proqram təminatı) brendləri altında satılır. Bir müddət şirkət Rodes elektromexaniki pianinosu markasına sahib olub.

Tokio Fond Birjasında qeydiyyatdan keçib. Prezident (2005-ci ildən) Hidekatsu Tanakadır.

İstinadlar

Xarici keçidlər

Official website

Kateqoriya:Yaponiya brendləri