Şahzadə Con (; ) — Böyük Britaniya kralı V Corcun beşinci və ən kiçik oğlu, Britaniya monarx ailəsinin üzvü. 1909-cu ildə epilepsiya olduğu aşkarlandı. 1916-cı ildən etibarən ictimaiyyətdən uzaq tutuldu və doğulduğu Sandrinqem sarayında qapalı həyat yaşadı. Burada mürəbbiyələri tərəfindən təlim-tərbiyə edildi. Xəstəliyi yalnız ölümünün ardından xalqa elan edildi.

Həyatı 12 iyul 1905-ci ildə saat 3:05 radələrində Norfolkdakı Sandrinqem sarayında dünyaya gəldi. York hersoqu Şahzadə Corcun və xanımı Mariya Tekin beşinci və son oğlu idi. Doğulduğu əsnada babası VII Eduard səltənətdə idi və atası, dörd böyük qardaşının ardından taxt sıralamasında altıncı yeri tuturdu. 3 avqustda Sandrinqem yaxınlığındakı Müqəddəs Mariya Maqdalena kilsəsində vəftiz edildi.

4 yaşından etibarən səhhətində problemlər yarandı və ardından epilepsiya diaqnozu qoyuldu. Belə ki, 1911-ci ildə atasının tacqoyma mərasiminə də sağlamlıq problemləri səbəbilə qatıla bilmədi. 1916-cı ildən etibarən tutmaları tezləşdi və daha ağırlaşdı. Bu səbəblə mürəbbiyələriylə birlikdə doğulduğu Sandrinqem sarayına göndərildi. Ancaq çox keçmədən 18 yanvar 1919-cu ildə axşam saat 17:30 radələrində, keçirdiyi bir tutmanın ardından yuxuda ikən vəfat etdi. Cənazə mərasimi ertəsi gün yaxınlıqdakı Müqəddəs Mariya Maqdalena kilsəsində baş tutdu.

Qalereya

Mənbə

Ədəbiyyat

Edwards, Anne (1986). Matriarch: Queen Mary and the House of Windsor. New York: Quill. ISBN 0-688-06272-5 Eilers, Marlene A. (1987). Queen Victoria's Descendants. Baltimore: Genealogical Publishing Company. ISBN 0-8063-1202-5 Judd, Denis (2012). George VI. London: I.B. Tauris. ISBN 978-1-78076-071-1 Rees, Nigel (2002). Mark My Words. New York: Barnes & Noble. ISBN 0-7607-3532-8 Panton, Kenneth J. (2011). Historical Dictionary of the British Monarchy. Plymouth: Scarecrow Press. ISBN 978-0-8108-5779-7 Lamont-Brown, Raymond (2003). Royal Poxes & Potions. London: Sutton Publishing. ISBN 978-0-750-93184-7 Weir, Alison (2008). Britain's Royal Families. London: Vintage Books. ISBN 978-0-099-53973-5 Ziegler, Philip (1991). King Edward VIII: The Official Biography. London: Collins. ISBN 0-00-215741-1 Van der Kiste, John (1991). George V's Children. London: A. Sutton. ISBN 0-86299-816-6 Whitney, Catherine (2009). The Women of Windsor. London: HarperCollins. ISBN 978-0-06-076584-2

İstinadlar Kateqoriya:Almanəsilli Britaniya şəxsləri Kateqoriya:Birləşmiş Krallıq şahzadələri