Şahzadə Luiza (; ) — Böyük Britaniya kralı VII Eduardın qızı, Britaniya monarx ailəsinin üzvü.
Həyatı 20 fevral 1867-ci ildə Uels şahzadəsi Şahzadə Albert Eduardla xanımı Danimarkalı Aleksandranın dördüncü övladı olaraq Marlboro villasında dünyaya gəldi. Doğulduğu əsnada nənəsi Kraliça Viktoriya hələ də səltənətdə idi. 10 mayda doğulduğu villada keçirilən mərasimlə vəftiz olundu. Bacılarıyla birlikdə özəl təhsil aldı. Marlboro villası və Sandrinqem sarayında mürəbbiyələr tərəfindən təlim-tərbiyə edildi.
Bibisi Şahzadə Beatrisanın 1885-ci ildə baş tutan toy mərasimində atasının yaxın dostu və özündən 18 yaş böyük Fayf qrafı Aleksandr Duffla tanış oldu. Qraf Şotlandiyada geniş torpaqları və mülkləri olan bir sahibkar idi. Üstəlik Böyük Britaniya kralı IV Vilhelmin məşuqəsindən doğulan Yelizaveta Hayın nəvəsi idi. 1889-cu ilin iyununda cütlüyün nişanı elan olundu. Anasının etirazlarına baxmayaraq 27 iyul 1889-cu ildə cütlük Bukingem sarayında evləndi. Mərasimdən 2 gün sonra bəy namizədi hersoqluğa yüksəldi. Cütlüyün bu nigahdan 3 övladı doğulsa da, bunlardan ikisi yetkinlik yaşına çatdı.
Alaster Duff (16 iyun 1890), doğuşdan bir neçə saat sonra vəfat etdi. Aleksandra Viktoriya (1891-1959) Maud Aleksandra (1893-1945)
9 noyabr 1905-ci ildə ona Krallıq şahzadəsi () ünvanı verildi. Xeyriyyə işlərinə önəm verdi. 12 dekabr 1911-ci ildə qardaşı V Corcun tacqoyma mərasiminə qatıldı. Mərasimin ardından ailəsiylə birlikdə Misirə rəsmi səfərə göndərildi. Ancaq Mərakeş sahillərində gəmi qəzaya uğradı. İtki olmasa da, əri Aleksandr Duff plevritə tutuldu. Misirdə ikən əri vəfat etdi və böyük qızı Şahzadə Aleksandra atasının ünvanlarını miras aldı.
Ərinin ölümündən sonra daha sakit həyat sürən Şahzadə Luiza son illərdə mədə xəstəliyindən əziyyət çəkirdi. 4 yanvar 1931-ci ildə saat 2:30 radələrində vəfat etdi. 10 yanvar 1931-ci ildə Vindzor sarayındakı Müqəddəs Corc kilsəsinə dəfn olundu.
Qalereya
Mənbə
Ədəbiyyat
İstinadlar Kateqoriya:Londonda vəfat edənlər Kateqoriya:XIX əsr Birləşmiş Krallıq şəxsləri Kateqoriya:XX əsr Birləşmiş Krallıq şəxsləri