İqtisadiyyat sahəsi, milli iqtisadiyyat sahəsi və ya istehsalat sahəsiCompare: — dövlət iqtisadiyyatının (və ya müəyyən bir coğrafi ərazinin) eyni tipli texnologiyalar əsasında eynicinsli və ya spesifik əmtəə, maliyyə və ya digər növ məhsulları hasil edən, istehsal edən və ya tədarük edən müəssisə və təşkilatların məcmusu.
Beləliklə, məkan baxımından Azərbaycan Respublikasının, MDB-nin və ya dünya miqyaslı avtomobil sənayesi sahəsini fərqləndirmək olar. "Sahə" termini iqtisadi mənada "bazar" anlayışının əksi kimi çıxış edir. Bazar — eynitipli məhsulları alan müştərilərin məcmusudursa, sahə — həmin məhsulu istehsal edənlərin (təklif tərəfinin) məcmusudur. Yəni "sahə" istehsal edən, "bazar" isə alandır.
Təsnifat
Müasir iqtisadiyyatda sahələr adətən üç əsas qrupa bölünür: Birinci sektor (İbtidai): Xammal hasilatı (məsələn: Kənd təsərrüfatı, Dağ-mədən sənayesi). İkinci sektor (Sənaye): Xammalın emalı və hazır məhsula çevrilməsi (məsələn: Maşınqayırma, Tikinti). Üçüncü sektor (Xidmət): Qeyri-maddi xidmətlərin göstərilməsi (məsələn: Ticarət, Nəqliyyat, Təhsil).
İstinadlar
Ədəbiyyat siyahısı
Общероссийский классификатор видов экономической деятельности, продукции и услуг. Глава 1, Федеральный закон Российской Федерации № 165-ФЗ «О специальных защитных, антидемпинговых и компенсационных мерах при импорте товаров», от 8 декабря 2003 года. Приложение № 8, Договор о Евразийском экономическом союзе.
Xarici keçidlər
Kateqoriya:Sənaye qolları üzrə iqtisadiyyat Kateqoriya:Sənaye qolları Kateqoriya:Biznesin idarə edilməsi Kateqoriya:İqtisadiyyatın sahələri