Banhu (Çincə: 板胡) — Çinmənşəli simli musiqi aləti. Ondan xalq musiqisi orkestrlərində, Çin operasında istifadə olunur. Çin kamanlı simli aləti husinin bir variantıdır. Kəsilmiş kokos qabığından hazırlanmış gövdəsi nazik taxta səs lövhəsi ilə örtülmüşdür. Uzun, pərdəsiz boyun kökləmə sancaqları olan bir başlıqla bitir. Ümumi uzunluğu təxminən 700 mm-dir. Kvintlərdə köklənmiş iki simi var (d2 – a1). Modernləşdirilmiş alətin xromatik diapazonu c1 – e4-dür. İfaçı simləri boynuna basmadan sol əlin barmaqları ilə basır.

Ənənəvi banhu əsasən Şimali Çin musiqi dramında müşayiət aləti kimi istifadə olunurdu. XX əsrdə orkestr aləti kimi istifadə olunmağa başlayıb.

İstinadlar

Xarici keçidlər

Banhu MP3s (click on headphones to listen to individual tracks)

Kateqoriya:Simli musiqi alətləri Kateqoriya:Çin musiqisi Kateqoriya:Çin dilində sözlər və ifadələr