Vilyam Avqust Brevort Kulic (; ) — amerikalı tarixçi, ilahiyyatçı və alpinist.

Erkən həyatı və təhsili

Vilyam Avqust Brevort Kulic 1850-ci ildə Nyu-York şəhərində, Bostonlu tacir Frederik Vilyam Skinner Kulic və Ceyms Karson Brevort ilə Meta Brevurtun bacısı Elizabet Nevil Brevortun ailəsində anadan olmuşdur. Kulic Nyu-Hempşir ştatının Konkord şəhərindəki Sent-Pol məktəbində, Gernsi adasındakı Elizabet kollecində və Oksford nəzdindəki Ekseter kollecində tarix və hüquq təhsili almışdır. 1870-ci ildə, iyirmi yaşında ikən o, Britaniya Alpinizm Klubunun (Alpine Club) üzvlüyünə qəbul edilmişdir.

Karyerası

1875-ci ildə o, Oksforddakı Maqdalen kollecinin elmi işçisi (Fellow) olmuşdur. 1880-1881-ci illərdə Lampeterdəki Müqəddəs Devid kollecində Britaniya tarixi üzrə professor kimi fəaliyyət göstərmişdir. 1883-cü ildə, 33 yaşında ikən Anqlikan kilsəsinin keşişi rütbəsini almışdır.

Kulic alpinizmin qızıl dövründə Alp dağlarının fəth edilməmiş bir neçə zirvəsinə ilk çıxışları reallaşdıraraq, alpinizmin "gümüş dövrü"nün ən görkəmli şəxsiyyətlərindən birinə çevrilmişdir. Bir çox dırmanışlarda onu xalası Meta Brevurt və bələdçilərindən biri olan Kristian Almerin ona hədiyyə etdiyi "Çingel" (Tschingel) adlı ev iti müşayiət etmişdir.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:28 avqustda doğulanlar Kateqoriya:1850-ci ildə doğulanlar Kateqoriya:Nyu-Yorkda doğulanlar Kateqoriya:8 mayda vəfat edənlər Kateqoriya:1926-cı ildə vəfat edənlər Kateqoriya:Bern kantonunda vəfat edənlər Kateqoriya:Britaniya alpinistləri Kateqoriya:Britaniya şəxsləri Kateqoriya:Amerikalılar