Dhol — Hindistanmənşəli zərb musiqi aləti. O, baraban ailəsinə daxildir. O, Hindistan yarımadasında geniş yayılmış və regional dəyişikliklərə malik ikibaşlı zərb alətləri ailəsidir. Hindistan, Banqladeş və Pakistanda geniş yayılıb. Yayılma arealı qərbə doğru Əfqanıstanın şərqinə qədər uzanır. Oxşar alət dholak və ya dholkidir.
Dhol çalan musiqiçiyə dholi deyilir. Hindistan yarımqitəsinin folklorunda, populyar musiqisində və dini musiqisində (bhajan, qavvali) geniş yayılmışdır. Dholda əllərlə ifa edilir.
"Dhol" sözü sanskrit dilində nağara mənasını verən ḍhola sözündən gəlir.
İstinadlar
Kateqoriya:Zərb musiqi alətləri Kateqoriya:Hindistan musiqi alətləri Kateqoriya:Hindistan ixtiraları