Con R.Bass (ing. John Rodney Bass II ) - ABŞ diplomatı, siyasətçisi və səfiri.

Həyatı və Fəaliyyəti Con R. Bass 1964-cü ildə Nyu-York ştatında anadan olub. Sirakuz Universitetinin məzunudur. İtalyanca və fransızca bilir.

2012-ci ilin oktyabr ayında ABŞ Dövlət Departamentinin İcraçı Katibliyi vəzifəsinə təyin olundu və Dövlət Departamentinin bir çox bürolarında, o cümlədən katib müavinləri ilə Siyasət Planlaşdırılması Direktoru ofisləri arasında əlaqələndirici vəzifəsində çalışdı.

2017-ci ilin oktyabr ayında ABŞ-nin Türkiyədəki viza xidmətlərini dayandırmaq qərarından sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk hökumətinin Conun ABŞ-nin Türkiyədəki səfiri kimi səlahiyyətlərini artıq tanımayacağını bildirdi. Ziyarətçi vizalarının ləğvi İstanbulda ABŞ Konsulluğunda çalışan bir əməkdaşın türk məhkəməsi tərəfindən həbsinə qərar verilməsindən sonra baş verdi.

Türkiyədə viza xidmətlərinin dayandırılmasından sonra Con YouTube platformasında bir açıqlama yayımladı.

Prezident Donald Tramp 20 iyul 2017-ci ildə Con Bassı Amerika Birləşmiş Ştatlarının Əfqanıstan üzrə səfirliyinə namizəd göstərdi. 8 sentyabr 2017-ci ildə onun namizədliyi Senat tərəfindən təsdiqləndi. Con bu vəzifədən 6 yanvar 2020-ci ildə ayrıldı.

Daha sonra dövlət qurumlarında bir sıra vəzifələrdə xidmət göstərdi, son vəzifəsi olan Siyasi məsələlər üzrə dövlət katibinin müavini vəzifəsindən 20 yanvar 2025-ci ildə azad olundu.

Mənbələr

Kateqoriya:ABŞ diplomatları