Leopoldo Nobili () — termodinamika və elektrokimya sahələrinin tədqiqində mühüm rol oynayan bir sıra cihazların ixtiraçısı olan italyan fizikidir.
Qarfanyanannın Trassiliko bölgəsində anadan olan Nobili, Modena Hərbi Akademiyasında təhsil aldıqdan sonra artilleriya zabiti olmuşdur. O, Napoleonun Rusiyaya hücumu zamanı göstərdiyi xidmətlərə görə "Fəxri legion" ordeni ilə təltif edilmişdir.
1825-ci ildə o, astatik qalvanometri ixtira etmişdir.
O, Florensiyadakı Kral Fizika və Təbiət Tarixi Muzeyində (Reale Museo di Fisica e Storia Naturale) fizika professoru təyin edilməzdən əvvəl Maçedonio Melloni ilə birlikdə termopil və qalvanometrin kombinasiyasından ibarət olan termomultiplikator üzərində çalışmışdır.See:
Barr, E. S. (1962). The infrared pioneers—II. Macedonio Melloni. Infrared Physics, 2(2), 67-74. Muzeydə fəaliyyət göstərdiyi müddətdə Vinçenzo Antinori ilə birgə elektromaqnit induksiyası sahəsində tədqiqatlar aparmışdır.
O, həmçinin "Nobili halqaları"nın kəşfçisi kimi tanınır: "Mis asetatın durulaşdırılmış məhlulu parlaq gümüş lövhə üzərinə töküldükdə və sink zolaq misin altındakı gümüşə toxundurulduqda, sinkin ətrafında elektroliz yolu ilə bir sıra mis halqalar formalaşır."Thomas O'Conor Sloane, The Standard Electrical Dictionary: A Popular Dictionary of Words and Terms, London 1898, p. 392
İstinadlar
Xarici keçidlər
Kateqoriya:5 iyulda doğulanlar Kateqoriya:1784-cü ildə doğulanlar Kateqoriya:22 avqustda vəfat edənlər Kateqoriya:1835-ci ildə vəfat edənlər Kateqoriya:Florensiyada vəfat edənlər Kateqoriya:Əlifba sırasına görə şəxslər Kateqoriya:Əlifba sırasına görə alimlər Kateqoriya:İtaliya fizikləri Kateqoriya:"Fəxri legion" ordeninin kavalerləri