Ərəb Sosialist Bəəs Partiyası Mərkəz Komandanlığı () — Suriyada Bəəs Partiyası təşkilatının və Suriya rəhbərliyindəki bəəsçi hərəkatın idarəedici orqanı. Bu, Ərəb Sosialist Bəəs Partiyası Milli Komandanlığı ilə Bəəs Partiyası Suriya Regional Bölməsi Regional Komandanlığının 2018-ci ildə birləşməsi nəticəsində yaradılmışdır. Onun sələfi olan Regional Komandanlıq öz köklərini bəəsçi ideologiyadan götürürdü. Burada "region" termini hərfi mənada bir ərəb dövlətini ifadə edirdi. 2012-ci ilə qədər Suriyanın 1973-cü il Konstitusiyasına əsasən, Mərkəz Komandanlıq Prezidentliyə namizəd irəli sürmək səlahiyyətinə malik olmuşdur. Konstitusiyada Mərkəz Komandanlığın Baş katibinin həm də Suriya Prezidenti olması birbaşa qeyd edilməmişdir, lakin Bəəs Partiyasının üzvü olduğu Milli Tərəqqipərvər Cəbhənin (MPC) nizamnaməsində Prezidentin və Baş katibin həm də MPC sədri olduğu bildirilirdi, lakin bu, hər hansı bir hüquqi sənəddə təsbit olunmamışdır.

1964-cü ildə keçirilən 1-ci Fövqəladə Regional Konqresdə Mərkəz Komandanlığın Baş katibinin həm də dövlət başçısı olması qərara alınmışdır. Həmin vaxt fəaliyyətdə olan katib Əmin Hafiz dövlət başçısı olmuş və Baş nazir postunu qoruyub saxlamışdır. 1965-ci ildəki 2-ci Regional Konqresdə Hərbi Komitə Regional Komandanlığın Regional katibinin vəzifəsinə görə dövlət başçısı olması barədə qətnamə qəbul etmiş, Milli Komandanlığın səlahiyyətlərini zəiflətmişdir. Katibliyə Baş naziri, kabineti, baş komandanı və aparıcı hərbi rəhbərləri təyin etmək səlahiyyəti verilmişdir.

Hafiz Əsədi hakimiyyətə gətirən 1970-ci il İslah hərəkatından əvvəl yerli partiya rəhbərliyi Bəəs Partiyasının üzvləri tərəfindən seçilirdi. Əsəd hakimiyyətə gəldikdən sonra Mərkəz Komandanlıq bütün partiya rəsmilərini təyin etməyə başlamışdır. Bəşər Əsədin dövründə bu siyasət dəyişdirilmiş və partiya üzvlərinə yenidən yerli rəhbərliyi seçmək imkanı verilmişdir, lakin namizədlər partiya rəhbərliyi tərəfindən təsdiqlənməli idi.

Baasçı rejimin süqutundan sonra, 11 dekabr 2024-cü il tarixində Baas Partiyası bütün fəaliyyətini qeyri-müəyyən müddətə dayandırmış və aktivlərini Suriya dövlətinə təhvil verərək faktiki olaraq fəaliyyətinə son qoymuşdur.

Mənbə İstinadlar

Ədəbiyyat

Kateqoriya:Suriya təşkilatları