Əl-Mucəm əl-əvsat () — Təbəraninin orta ölçülü hədis toplusu.
Əsər Təbərani "əl-Mucəm əl-əvsat" haqqında "Bu kitab mənim ruhumdur" sözlərini işlətmişdir. Əsərdə 30 min rəvayətin olduğu deyilsə də, Mahmud ət-Təhhan nəşrində 9485, Tariq ibn İvəzullah nəşrində isə 9489 rəvayət vardır. Əsərdə Təbərani müəllimlərinin qərib və fərd rəvaətlərinə yer vermişdir. Bu səbəblə də "əl-Mucəm əl-əvsat" Darəqutninin "əl-Əfrəd"inə bənzəldilmişdir. Lakin əsərdə münkər və əziz rəvayətlərin də olduğu qetd edilmişdir. "Əl-Mucəm əl-əvsat"dakı hədislərin bir hissəsi "əl-Mucəm əl-kəbir"də də mövcuddur. Əsər X cild təşkil edir.
"Əl-Mucəm əl-əvsat"ın müxtəlif yer və tarixlərdə nəşrləri həyata keçirilmişdir (Ər-Riyad: 1985–1995; Qahirə: 1995; Əmman-Beyrut: 1999 və s.).
Həmçinin bax Əl-Mucəm əl-kəbir Əl-Mucəm əs-səğir Sünni kitablarının siyahısı
İstinadlar
Kateqoriya:Sünni hədis topluları Kateqoriya:X əsrin ərəb dilində kitabları Kateqoriya:IX əsrin ərəb dilində kitabları