Əl-Kəşşaf () — Zəmaxşərinin Quran təfsiri.

Əsər Əsərin tam adı "əl-Kəşşaf ən həqaiqi-qəvamizit-tənzil və uyunil-əqavil fi vücuhit-təvil"dir. Zəmaxşəri "əl-Kəşşaf"ı əsasən dirayət (məntiq, analiz və dərk etmə) metodu ilə qələmə almışdır. Əsərdə yer-yer rəvayət metodundan da istifadə edilmişdir. Zəmaxşəri əsərini hazırlayarkən ondan əvvəl yazılmış əsas təfsir, qiraət və bəlağət kitablarına müraciət etmişdir. Şəmsəddin əl-İsfahani isə "əl-Kəşşaf"ın əsas mənbəyinin Zəccaca məxsus "Məanil-Quran" adlı əsər olduğunu bildirmişdir.

Əsərə müxtəlif haşiyələr yazılmışdır. Qütbəddini-Şirazi, Əhməd ibn Həsən Carbərdi, Camaləddin Aksarayi, Təftəzani və Seyyid Şerif əl-Cövzcani "əl-Kəşşaf"ə haşiyə yazan alimlərdən bəziləridir.

"Əl-Kəşşaf" müxtəlif nəşrləri reallaşdırılmışdır (Bulaq: hicri 1281, Qahirə: 1977, Beyrut: 2003 və s.).

İstinadlar

Kateqoriya:Sünni təfsirləri