Natan Rozen (ivritcə:נתן רוזן; ) — hidrogen molekulunun quruluşu üzərindəki tədqiqatları, həmçinin Albert Eynşteyn və Boris Podolski ilə birlikdə kvant dolaşıqlığı və EPR paradoksu üzərindəki əməkdaşlığı ilə tanınan amerikalı və israilli fizikdir. O, həmçinin soxulcan dəliklərinin məlum olan ilk növü — Eynşteyn-Rozen körpüsü ilə də xatırlanır.
Erkən həyatı
Natan Rozen Nyu-Yorkun Bruklin səmtində yəhudi ailəsində anadan olmuşdur. O, Böyük depressiya illərində Massaçusets Texnologiya İnstitutunda təhsil almış, burada elektromexanika mühəndisliyi üzrə bakalavr, daha sonra isə fizika üzrə magistr və doktorluq dərəcələri qazanmışdır. Tələbə ikən o, bir neçə mühüm məqalə dərc etdirmişdir ki, bunlardan biri də neytronun Ceyms Çadvik tərəfindən kəşf edilməsindən bir il əvvəl atom nüvəsinin quruluşunu izah etməyə çalışan "Neytron" məqaləsi idi. Miçiqan və Priston universitetlərində tədqiqatçı kimi çalışdığı müddətdə dalğa funksiyalarına, daha sonra isə qravitasiya sahəsinə maraq göstərmişdir.Saxon, Wolfgang. "Nathan Rosen, 86, of Israel; Physicist Worked With Einstein ." The New York Times 23 Dec. 1995, sec. 1: 28.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:22 martda doğulanlar Kateqoriya:1909-cu ildə doğulanlar Kateqoriya:Bruklində doğulanlar Kateqoriya:18 dekabrda vəfat edənlər Kateqoriya:1995-ci ildə vəfat edənlər Kateqoriya:Hayfada vəfat edənlər Kateqoriya:Əlifba sırasına görə şəxslər Kateqoriya:Əlifba sırasına görə alimlər Kateqoriya:XX əsrin fizikləri Kateqoriya:Massaçusets Texnologiya İnstitutunun məzunları Kateqoriya:Miçiqan Universitetinin müəllimləri Kateqoriya:Prinston Universitetinin müəllimləri Kateqoriya:Yəhudi alimlər Kateqoriya:Nyu-York şəxsləri Kateqoriya:Manhetten layihəsi şəxsləri Kateqoriya:İsrail fizikləri