Ser Cozef Vilson Suon (; ) — ingilis fiziki, kimyaçısı və ixtiraçısıdır. O, uğurlu közərmə lampasının ilk müstəqil tərtibatçılarından biri kimi tanınır. Suon, közərmə lampalarının evlərin və ictimai binaların işıqlandırılmasında ilk tətbiqinə, o cümlədən 1881-ci ildə Londondakı Savoy Teatrının işıqlandırılmasından məsul olan şəxsdir.

Nailiyyətləri və Təltifləri

1904-cü ildə Kral VII Eduard tərəfindən "Cəngavər" (Knight) rütbəsinə layiq görülmüş, London Kral Cəmiyyətinin "Hyuza medalı" (Hughes Medal) ilə təltif edilmiş və Əczaçılıq Cəmiyyətinin fəxri üzvü seçilmişdir.

1881-ci il: Parisdə keçirilən Beynəlxalq Elektrik Sərgisini ziyarət edərkən Fransanın ən ali dövlət təltifi olan "Fəxri Legion" ordeni ilə təltif edilmişdir. Sözügedən sərgidə onun ixtiraları nümayiş olunmuş və şəhərin işıqlandırılmasında onun hazırladığı elektrik sistemindən istifadə edilmişdir.

İstinadlar

Xarici keçidlər Tyne & Wear Archives Service Joseph Swan collection

Kateqoriya:31 oktyabrda doğulanlar Kateqoriya:1828-ci ildə doğulanlar Kateqoriya:27 mayda vəfat edənlər Kateqoriya:1914-cü ildə vəfat edənlər Kateqoriya:Surreydə vəfat edənlər Kateqoriya:Əlifba sırasına görə şəxslər Kateqoriya:Əlifba sırasına görə alimlər Kateqoriya:Britaniya kimyaçıları Kateqoriya:Britaniya ixtiraçıları Kateqoriya:London Kral Cəmiyyətinin üzvləri Kateqoriya:İngiltərə ixtiraçıları Kateqoriya:Britaniya fizikləri Kateqoriya:İngiltərə kimyaçıları