Burrata — mozzarella və qaymaqdan hazırlanmış italyan pendir növüdür.
Tarixi Burrata, İtaliyanın cənubundakı Apuliya bölgəsindəki Murgia'nın süd məhsuludur. İnək südü, şüyüd və qaymaqdan istehsal olunur və mənşəyi təxminən 1900-cü ilə gedib çıxır. 2016-cı ilin noyabr ayında burrata di Andria qorunan coğrafi göstərici (PGI) məhsulu seçilib.
Hazırlanması Burrata hazırlanarkən, mozzarella və digər bir çox pendir növlərində olduğu kimi, ilıq süd mayalanma üçün şirə (rennet) vasitəsilə laxtalandırılır. Lakin digər pendirlərdən fərqli olaraq, təzə mozzarella kəsmiyi isti zərdab və ya az duzlu isti suya salınır, yoğrulur və dartılaraq lifli quruluş (pasta filata) əldə edilir, daha sonra isə formaya salınır.
İstinadlar
Kateqoriya:İnək pendirləri Kateqoriya:Camış pendirləri Kateqoriya:İtaliya pendirləri Kateqoriya:1920-ci illərdə İtaliyada yarananlar