Elvin Quliyev — Azərbaycan futzalçısı, çimərlik futbolçusu və məşqçisi. O, Azərbaycan futzal və çimərlik futbolu üzrə milli komandalarının üzvü olmuş, daha sonra məşqçi kimi fəaliyyət göstərməyə başlayıb. O, həm oyunçu, həm də baş məşqçi kimi Azərbaycan çempionatlarında və beynəlxalq turnirlərdə iştirak etmişdir.
Həyatı və təhsili
Elvin Quliyev 21 iyun 1985-ci ildə anadan olmuşdur. 2009-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və kredit ixtisası üzrə bakalavr dərəcəsini bitirmişdir .
Oyunçu karyerası (futzal)
Futzal karyerasına 2001-ci ildə "Turan Air" klubunda başlamışdır. Müxtəlif illərdə aşağıdakı klublarda çıxış etmişdir:
Turan Air (2001–2003) Asfarma (2005–2006) TT (2006–2008) Neftçi İSM (2008–2014) Amrahbank (2014–2016) Baku Fire (2016–2017; 2021–2025) Italdesign (2017–2018) SAB (2018) RR (Qazaxıstan, 2019) Baker Tilly (2019–2021)
O, həmçinin Azərbaycan U-20 (2001–2003), A milli (2010–2011) və B milli (2012–2013) futzal komandalarının üzvü olmuşdur .
Əsas nailiyyətləri
Azərbaycan çempionu — Turan Air (2001/02) UEFA Futzal Çempionlar Liqası — I təsnifat mərhələsi (Niş, Serbiya və Çernoqoriya, 2002) Azərbaycan kubokunun qalibi — Neftçi İSM (2008/09, 2011/12) Azərbaycan çempionatı gümüş mükafatçısı — Neftçi İSM (2008/09, 2009/10, 2010/11) Viktor Kolotov Kuboku — Neftçi (Kiyev, 2009) Beynəlxalq Novruz Kuboku — Azərbaycan A milli (2010) FIFA Futzal Dünya Çempionatı seçmə mərhələsi — Bakı (2011) Azərbaycan çempionatı bürünc mükafatçısı — Baku Fire (2022/23) Azərbaycan kubokunun qalibi — Baku Fire (2022/23) Azərbaycan çempionatı gümüş mükafatçısı — Baku Fire (2023/24) Premyer Liqa — 2-ci yer — Baku Fire (2024/25)
2010-cu ildə Azərbaycan futzal çempionatının "ən yaxşı oyunçusu" seçilmişdir .
Çimərlik futbolu karyerası
2008–2017-ci illərdə Azərbaycan milli çimərlik futbolu komandasının üzvü olmuşdur. Müxtəlif klublarda, o cümlədən Rusiyanın “Delta” (Saratov) klubunda çıxış etmişdir .
Əsas nailiyyətləri
Azərbaycan çempionu — Novcosport (2008) Avropa Kuboku – III yer — Azərbaycan A milli (Bakı, 2008) SOCAR Kuboku qalibi (2012) Euro Beach Soccer League mərhələ qalibi (London 2009; Lignano 2010) Krokc Cup – III yer — Azərbaycan A milli (Niderland, 2010) Beynəlxalq Çimərlik Futbolu Kuboku qalibi — Rusiya (2011) B Division Euro BS League qalibi — Kataniya (2016) İstanbul Kubokunun qalibi — Türkiyə (2016) Friendly Cup – III yer — Belarus (2018)
2 dəfə A milli komandanın ən yaxşı oyunçusu seçilib (2009, 2011).
Həmçinin Ukrayna – Azərbaycan oyununun ən yaxşı oyunçusu (Kiyev, 2011) seçilib.
Məşqçi karyerası
2009-cu ildən məşqçilik fəaliyyətinə başlamışdır. Müxtəlif dövrlərdə aşağıdakı klublarda baş məşqçi olmuşdur:
Akkord (2009) Neftçi (2010–2014) TT Standard (2014) Yasamal (2016–2017) SAB (2018) Soliton U-19 (2019) Marafon (2019–2021) Aquatic Palace (2022–2025) Fc Olimpikstar (2019-2022) Baku Football Academy (2022–2026) FC Baku Fire(2022–2025) VTB Bank Beach Soccer (2025) Mini futbol üzrə milli komanda — köməkçi məşqçi (2026) Fc Sabah U-15 (2026)
Məşqçi kimi nailiyyətləri (futzal)
Azərbaycan kuboku qalibi — Baku Fire (2022/23) Azərbaycan çempionatı bürünc mükafatçısı (2022/23) Azərbaycan çempionatı gümüş mükafatçısı (2023/24) Futzal Premyer Liqası — 2-ci yer (2025)
Lisenziyalar və sertifikatlar
“Master of Sports” fəxri adı UEFA C lisenziyası (2019) UEFA B lisenziyası (futbol, 2024) UEFA B Futzal lisenziyası (Finlandiya, 2024) AFFA Təlimatçı hazırlığı (2025)
Layihələr və təşəbbüslər
"Olimpikstar Futzal Məktəbi"nin təsisçisi (2019) "Baku Football Academy"nin təsisçisi (2022) 2018–2025-ci illərdə gənclər arasında çimərlik futbolu turnirlərinin təşkilatçısı 2025-ci ildə İspaniyanın paytaxtı Madrid şəhərində gənc futbolçuların inkişafı layihəsində iştirak
Həmçinin bax
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Azərbaycan futzalçıları