Birləşmiş Krallıq mədəniyyəti, Böyük Britaniya mədəniyyəti və ya Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının mədəniyyəti — Krallıq ərazisində yaşayan xalqların müştərək dəyərlər sistemi. Bu mədəniyyət çox vaxt "Britaniya mədəniyyəti" kimi ümumiləşdirilsə də, öz daxilində İngiltərə, Şotlandiya, Uels və Şimali İrlandiyanın fərqli etnik və tarixi xüsusiyyətlərini birləşdirir. Britaniyanın müstəmləkəçilik siyasəti nəticəsində bu mədəniyyət dünyanın dörd bir yanına yayılmış, İngilis dilinin qlobal bir dilə çevrilməsinə səbəb olmuşdur. Müasir Britaniya mədəniyyəti kosmopolit strukturda olub, müxtəlif xalqların təsiri ilə zənginləşmişdir.

Elmi inkişaf və tərəqqi

Böyük Britaniya dünya elminin mərkəzlərindən biri hesab olunur. Ölkənin ən nüfuzlu elm ocağı olan "London Kral Cəmiyyəti"nin əsası 1660-cı ildə qoyulmuşdur və o, dünyanın ən qədim elmi təşkilatıdır.

Britaniya elm mədəniyyəti bəşəriyyətin gedişatını dəyişən simalar yetişdirmişdir: İsaak Nyuton: Müasir fizika və riyaziyyatın əsasını qoymuşdur. Çarlz Darvin: Təkamül nəzəriyyəsi ilə biologiya elmində inqilab etmişdir. Adam Smit: "Xalqların sərvəti" əsəri ilə müasir iqtisad elminin əsasını qoymuşdur. Con Stüart Mill: Liberalizm və faydaçılıq (utilitarizm) fəlsəfəsini inkişaf etdirərək fərdi azadlıqların müdafiəçisi olmuşdur.

İctimai həyat və ənənələr

Britaniyalıların gündəlik həyatında tarixilik və müasirlik sintez təşkil edir. Kənd həyatına olan bağlılıq Britaniya kimliyinin mühüm hissəsidir. Şəhər mühitində yaşayanlar belə imkan daxilində bağçalı evlərə () üstünlük verirlər.

Britaniya cəmiyyətində "Beş çayı" (), idman mədəniyyəti (xüsusilə futbol, kriket və reqbi) və pab () mədəniyyəti sosial inteqrasiyanın əsas vasitələridir.

Ədəbiyyat

İngilis ədəbiyyatı dünyanın ən zəngin ədəbi irslərindən biri hesab olunur. Bu ədəbiyyat erkən orta əsrlərin qəhrəmanlıq dastanlarından (məsələn, Beovulf) müasir post-modern romanlara qədər böyük bir inkişaf yolu keçmişdir.

Dünya miqyasında tanınan bəzi Britaniya yazıçıları: Uilyam Şekspir: Bütün dövrlərin ən böyük dramaturqu hesab olunur. Ceyn Ostin: Realist romanın və sosial tənqid sənətinin ustadıdır. J. R. R. Tolkin: Müasir fentezi janrının ("Üzüklərin hökmdarı") banisidir. C. K. Roulinq: "Harri Potter" seriyası ilə müasir uşaq və gənclik ədəbiyyatında yeni bir dövr açmışdır.

İstinadlar

Xarici keçidlər

Mədəniyyət Department for Culture, Media and Sport United Kingdom/Ireland for Visitors Televiziya BBC television ITV Sky television Radio BBC radio

Kateqoriya:Birləşmiş Krallıq mədəniyyəti