Yunan və Danimarkalı Şahzadə Sofiya (; ) — Yunanıstan və Danimarka şahzadəsi, Prussiya şahzadəsi.

1914-cü ildə Korfuda dünyaya gəldi. Atası Yunanıstan kralı I Georqun oğlu Şahzadə Endryu, anası isə Batterberq şahzadəsi Alisadır. Xoşbəxt uşaqlıq illəri yaşadı. Ancaq Yunanıstandakı inqilabı hərəkat səbəbilə gənclik illərində Avropanın müxtəlif yerlərində sürgündə keçdi. Sürgün illərində ailəsi parçalandı. Anası 1930-cu ildə şizofreniya diaqnozuyla İsveçrədəki bir sanatoriyaya qapadıldı. Atası isə qalan ömrünü Parisdəki məşuqələriylə keçirdi.

1920-ci illərin sonlarında kiçik alman şahzadəsi olan Hesseli Kristofla tanış oldu. Hər ikisi Kraliça Viktoriyanın şəcərəsinə mənsub idi. Cütlük 15 dekabr 1930-cu ildə Darmştadtda evləndi. Cütlüyün bu nigahdan 5 övladı doğuldu.

Şahzadə Kristina (1933-2011) Şahzadə Doroteya (1934-2025) Şahzadə Karl (1937-2022) Şahzadə Rayner (1939) Şahzadə Klarisa (1944)

1930-cu illərin ortalarında əriylə birlikdə Nasist Partiyasına qatıldı. İkinci Dünya müharibəsinin başlamasının ardından övladlarıyla birlikdə qaynanasının villasına köçdülər. Əri isə cəbhəyə yollandı. Ancaq müharibənin gedişatında Adolf Hitlerin əsilzadələrə olan inamı itdi. İlk öncə qaynı həbs edildi və xanımı müəmmalı şəkildə vəfat etdi. Çox keçmədən əri Şahzadə Kristof 1943-cü ildə müəmmalı şəkildə vəfat etdi. O əsnada Şahzadə Sofiya beşinci övladına hamilə idi.

Müharibənin ardından daha çətin günlər yaşadı. Amerikalı əsgərlər onun zinyət əşyalarını oğurladı. Ərinin bütün mülkləri isə müsadirə edildi. Beləcə, maddi sıxıntı yaşamağa başladı. 1946-cı ildə bir digər uzaq qohumu Şahzadə Georq Vilyamla münasibətə başladı. 23 aprel 1946-cı ildə onunla evləndi və bu nigahdan daha 3 övlad dünyaya gətirdi.

Şahzadə Velf (1947-1981) Şahzadə Georq (1949) Şahzadə Frederika (1954)

İlk evliliyi əsnasında faşistlərlə olan yaxınlığı səbəbilə, 1947-ci ildə qardaşının Britaniya vəliəhdi Şahzadə Elizabetlə baş tutan toy mərasiminə çağırılmadı. Ancaq 1950-ci illərin əvvəlində yenidən Britaniya monarx ailəsinin tədbirlərində iştirak etməyə başladı. 2001-ci ildə Bavariyadakı bir qocalar evində vəfat etdi.

Mənbə

Ədəbiyyat

İstinadlar

Kateqoriya:Hannover sülaləsi Kateqoriya:Yunanıstanın qadın şahzadələri