175px 175pxBritaniya pasportları: 1857-ci il (solda) və 1862-ci il (sağda). Britaniya pasportu — Böyük Britaniya və ya Britaniyadan asılı olan digər ərazilər tərəfindən istənilən formada Britaniya vətəndaşlığı olan şəxslərə verilən sənəd. Pasport viza tələblərinə uyğun olaraq beynəlxalq səyahət hüququ verir və Britaniya vətəndaşlığının sübutu kimi xidmət edir. O, həmçinin Britaniyanın dünya üzrə səfirliklərindən konsulluq yardımına çıxışı asanlaşdırır. Pasportlar Əlahəzrət Hökuməti tərəfindən həyata keçirilən kral imtiyazından istifadə etməklə verilir; bu o deməkdir ki, pasportun verilməsi hüquq deyil, imtiyazdır və bəzi hallarda geri götürülə bilər. Britaniya vətəndaşlarının pasportları Böyük Britaniyada 2014-cü ildən Daxili İşlər Nazirliyinin bir agentliyi olan Əlahəzrətinin Pasport İdarəsi tərəfindən verilir. Böyük Britaniyada 2006-cı ildən bəri verilən bütün pasportlar biometrikdir. Müxtəlif növ Britaniya pasportları mövcuddur.
1920–1992-ci illər arasında Britaniya pasportları üçün standart dizayn qızıl rənglə həkk olunmuş Kral Gerbinin əks olunduğu tünd göy rəngli, cildli kitabça idi. 1988-ci ildən Birləşmiş Krallıq Beynəlxalq Mülki Aviasiya Təşkilatının 9303 standartına uyğun olaraq maşınla oxuna bilən pasportları qəbul etdi. Eyni zamanda, pasportun rəngi Avropa İttifaqı digər Üzv Dövlətlərin pasportlarına uyğunlaşdırmaq üçün tünd qırmızı rəngə dəyişdirilib.
Böyük Britaniya vətəndaşları 184 ölkə və əraziyə vizasız və ya girişdə viza almaqla getmək imkanına malikdirlər. 2025-ci ildə Henley Pasport İndeksinə görə Britaniya pasportu səyahət azadlığına görə pasport dünyada səkkizinci yerdədir.
2006-cı ildə biometrik pasportlar tətbiq olunduqdan sonra hər beş ildən bir yeni dizayn hazırlanır.
2025-ci ilə qədər dövriyyədə 53,4 milyon Britaniya pasportu var idi.
Tarixi
Erkən pasportlar (1414–1921) İngiltərədə ilk pasportlar kral V Henri tərəfindən icad edilib. Bu sənədlərə ən erkən istinad 1414-cü il tarixli Təhlükəsiz Davranış Qanunundadır. 1540-cı ildə İngiltərədə səyahət sənədlərinin verilməsi İngiltərənin Şəxsi Şurasının roluna çevrildi və "Pasport" termini məhz bu dövrdə tətbiq olundu. Şotlandiyada pasportları Şotlandiya Tacı tərəfindən, Burq, Edinburq və Qlazqo şəhərlərinin merləri, kilsə xadimləri və zadəganlarına Tac adından verilə bilərdi."Family History – My ancestor was a passport holder".Scottish Passport Records — What are they and why are they useful?
1794-cü ildən etibarən bütün pasportlar monarxın əvəzinə dövlət katibi tərəfindən imzalanır, bundan sonra rəsmi qeydlər aparılmağa başlanır. Bütün bu qanunlar bu günə qədər istifadə olunur.
1772-ci ilə qədər pasportlar latın və ya ingilis, 1858-ci ilə qədər fransız dilində yazılırdı. Sonra ingilis dilində yazılmağa başladı, bəzi bölmələri fransız dilinə tərcümə edilmişdir. 1855-ci ildə pasportlar yalnız Britaniya vətəndaşlarına verilən standart sənədə çevrildi. İngiltərə və Uelsdə pasportlar Daxili İşlər naziri tərəfindən, Şotlandiyada isə Edinburq və ya Qlazqo şəhərinin Lord Meri tərəfindən verilirdi. Bu, əlyazma ilə yazılmış sadə, bir səhifəlik sənəd idi. Bəzi pasportların kopiyalarını və pasport qeydlərinı Britaniya Milli Kitabxanasında tapmaq olar. Məsələn, IOR: L/P&J/11-də 1930-cu illərdən qalan bir neçə pasport var. 18 iyun 1641-ci ildə verilmiş və Kral I Çarlz tərəfindən imzalanmış pasport bu günə qədər mövcuddur.Passport history timeline
XIX-cu əsrin sonlarından başlayaraq dəmir yolları və nəqliyyat xidmətlərinin meydana gəlməsi sayəsində artan sayda Britaniyalı xaricə səyahət etməyə başladı. Qatarların sürəti, eləcə də bir neçə sərhədi keçən sərnişinlərin sayı pasport qanunlarının icrasını çətinləşdirdi. O dövrdə bir çox səyahətçilər pasport daşımırdı.History of Passports Birinci Dünya müharibəsinin başlaması müasir sərhəd nəzarətinin tətbiqinə gətirib çıxardı və Böyük Britaniyada 1914-cü il Böyük Britaniyanın vətəndaşlığı və əcnəbilərin statusu haqqında qanun qəbul edildi. 1915-ci ildə Britaniya hökuməti kütləvi istehsal oluna bilən və daşıyıcının tez bir zamanda müəyyən edilməsi üçün istifadə oluna bilən yeni pasport formatı hazırladı. Yeni pasport karton üzlüyünə yapışdırılmış on qatlanmış vərəqdən ibarət idi. O, sahibinin təsvirini, eləcə də fotoşəkili ehtiva edirdi və iki ildən sonra yenilənməli idi.
Pasport kitabçaları (1921–1993) thumb|150x150px|1924-cü il Britaniya pasportu 1920-ci ilin oktyabrında Millətlər Liqası pasport və gömrük rəsmiləşdirilməsi, habelə tranzit biletləri üzrə Paris Konfransı keçirdi. Britaniya diplomatları 42 ölkədən olan nümayəndələrlə birlikdə pasportların dizaynı üzrə təlimatlar və konfransdan sonra ümumi broşür dizaynı hazırlanıb.One historic meeting determined the size and shape of every passport in the world today Liqanın modelinə görə, ölçüsü 15,5 x 10,5 sm (6,1 x 4,1 düym) olan 32 səhifəlik broşür nəzərdə tutulmuşdur. İlk dörd səhifə sahibinin fiziki xüsusiyyətlərinin, məşğuliyyətinin və yaşayış yerinin ətraflı təsvirinə həsr olunmuşdu. Elə həmin il Britaniya hökuməti Pasport İdarəsini yaratdı və 1921-ci ildə sərt üzlüklü 32 səhifəlik pasportlar istehsal etdi. Bütün pasportların yuxarı hissəsində ümumi identifikator çap edilmişdi: "BRITISH PASPORT" və gerbin altında hökumətin adı çap olunmuşdu (məs. Böyük Britaniya, Yeni Zelandiya, Honq Konq). thumb|150x150px|Britaniya pasportu 1991-ci il.
Britaniya Ziyarətçi pasportu 1961-ci ildə yeni, sadələşdirilmiş pasport növü — Britaniya Ziyarətçi pasportu təqdim edildi. Bu pasport bir il müddətində etibarlı idi. Bu pasport əksər Qərbi Avropa ölkələrinə səyahət üçün qəbul edilirdi, lakin yeni təhlükəsizlik standartlarına cavab vermədiyi üçün 1995-ci ildə ləğv edildi.
Maşınla oxuna bilən pasportlar (1988–2006) thumb|150x150px|1988-ci ilə qədər tətbiq olunan Avropa Birliyinin pasportu (Birlik Avropa İttifaqına çevrilməzdən əvvəl) thumb|150x150px|1997-ci il biometrik olmayan Avropa İttifaqı pasportu. 1920-ci illərdə pasportların standartlaşdırılması səylərindən sonra beynəlxalq pasport qaydalarını yeniləmək cəhdləri məhdudlaşdı. Böyük Britaniya Avropa Birliyinə 1973-cü ildə qoşuldu. 1974–1975-ci illər arasında üzv dövlətlər vahid format hazırladılar. Dövlətlər pasportların tünd qırmızı rəngdə olması və ölkənin adından əlavə "Avropa Birliyi" başlığının olması barədə razılığa gəldilər. Bu formatın üzv dövlətlər tərəfindən qəbulu könüllü olub. Aİ ölkələrinin əksəriyyəti 1985-ci ilə qədər bu formatı qəbul etsələr də, Böyük Britaniya ənənəvi mavi kitabçanı buraxmağa davam edirdi.
Təyyarə ilə səyahətin sürətli inkişafı və texnoloji dəyişikliklər Beynəlxalq Mülki Aviasiya Təşkilatının 1980-ci ildə maşınla oxuna bilən pasport üçün yeni beynəlxalq standartı, ICAO Doc 9303-ü müəyyən etməsinə səbəb oldu. ICAO standartına uyğun olan maşınla oxuna bilən pasport, ənənəvi Britaniya pasport planından əhəmiyyətli dərəcədə uzaqlaşma idi və Britaniya hökuməti onu dərhal qəbul etmədi. 1986-cı ildə Birləşmiş Ştatlar ABŞ-ın Vizadan İmtina Proqramını elan etdi. Konsepsiya müəyyən ölkələrin pasport sahiblərinə ziyarətçi vizası üçün müraciət etmədən biznes və ya turizm məqsədilə ABŞ-yə daxil olmağa imkan verirdi. Böyük Britaniya 1988-ci ildə sxemə qoşulan ilk ölkə idi, lakin, bir tələb var idi, səyahətçinin maşınla oxuna bilən pasporta sahib olması.The US Visa Waiver Program Facilitating Travel and Enhancing Security Britaniya hökuməti təxminən 70 ildən sonra ənənəvi Millətlər Liqası formatlı pasportdan imtina etmək qərarına gəldi.
Maşınla oxuna bilən pasportlara keçidlə Böyük Britaniya Avropa Birliyi formatını qəbul etməyə qərar verdi. 15 avqust 1988-ci ildə Qlazqo pasport bürosu tünd qırmızı rəngli maşınla oxuna bilən pasportlar istehsal edən ilk şirkət oldu. Onların üz qabığında "Avropa Birliyi" sözləri var idi, sonra 1997-ci ildə "Avropa İttifaqı" olaraq dəyişdirildi. Pasport 32 səhifədən ibarət idi. Aİ-nın rəsmi dillərinə tərcümə olunduğu bölmə daxil edilmişdir.
Honkonq və Kayman adaları kimi digər Britaniya əraziləri Avropa Birliyinin bir hissəsi olmasa da, onlar da eyni Avropa formatını qəbul etdilər, baxmayaraq ki, "Avropa Birliyi" deyil, "Britaniya Pasportu" yuxarı hissəsində qaldı.
1998-ci ildə ilk rəqəmsal şəkil pasportu təqdim edildi və birbaşa məlumat səhifəsində çap edilmiş şəkillərlə əvəz edildi. Bu sənədlər biometrik pasportun tətbiqinə 2006-cı ilə qədər istehsal olundu.
Biometrik pasportlar (2006-hazırkı)
A seriyası (2006–2015) thumb||150x150px|right|Series A biometric British passport 1990-cı illərin sonlarında ICAO Texniki Məsləhət Qrupu biometrik məlumatların saxlanması üçün yeni standartlar hazırlamağa başladı.
6 fevral 2006-cı ildə Şəxsiyyət və Pasport Xidməti A seriyası kimi tanınan biometrik məlumatları olan ilk Britaniya pasportunu təqdim etdi. A seriyasının ilk versiyası 2006-cı ildən 2010-cu ilədək, texniki dəyişikliklər və yenidən işlənmiş dizaynı özündə əks etdirən yenilənmiş 2-ci versiya isə 2010-cu ildən 2015-ci ilə qədər buraxılmışdır. "Basic Passport Checks"
2010-cu ildə Pasport İdarəsi De La Rue şirkəti ilə Britaniya pasportlarının hazırlanması üçün on illik 400 milyon funt sterlinq müqavilə imzaladı.New passport design hits the streets Bu, kiçik təhlükəsizlik təkmilləşdirmələrini ehtiva edən A seriyası, versiya 2 ilə nəticələndi.
B seriyası (2015–2020) thumb|right|150x150px|2019-cu il B seriyalı biometrik pasport. Yeni nəsil biometrik pasportlar 2015-ci ilin oktyabrında B seriyalı pasportlar kimi tətbiq edildi. O vaxt heç bir başqa pasport Böyük Britaniyanın B seriyalı pasportundan daha çox ölkəyə vizasız giriş təklif etmirdi. Əvvəl Britaniya vətəndaşlarına üz qabığında "Avropa İttifaqı" yazısı olan B seriyalı pasportlar təqdim edildi. Bununla belə, 2019-cu ilin mart ayından başlayaraq, Böyük Britaniyanın Aİ-dan çıxması ərəfəsində bu yazı B seriyalı pasportların yeni partiyalarından silindi. Bu vaxtından əvvəl dəyişiklik 2019-cu ildə Birləşmiş Krallıqda qeyri-müəyyənlik olaraq mübahisələrə səbəb oldu.Javid defends removal of words 'European Union' from passports
C seriyası (2020–2025) thumb|right|150x150px|2020–2025-ci illər arasında çıxan C seriyalı pasport 10 mart 2020-ci ildə yeni C seriyalı ğöy rəngdə olan Britaniya pasportu rəsmi olaraq təqdim olunmağa başladı.Changes to the design of British passports
C seriyasında daxili RFID çipi ilə polikarbonat lazerlə həkk olunmuş bio-məlumat səhifəsi təqdim edilıb. Məlumat səhifəsinin daxili üz qapağında gizli məlumatları optik olaraq açan deşifrə obyektivi quraşdırılıb."Basic passport checks".
Polikarbonat məlumat səhifəsinin əks tərəfi başlıq səhifəsi kimi xidmət edir və daşıyıcının 1988-ci ildən əvvəlki pasportları xatırladan portret yönümlü fotoşəkili var.
18 iyul 2023-cü ildə Kral III Çarlzın şəkili olduğu ilk Britaniya pasportları buraxıldı.First British passports issued with King's name
D seriyası (2025–) Dekabrdan etibarən D seriyalı pasportlar verilməyə başladı.King's coat of arms to feature on new UK passports Yenilənmiş təhlükəsizlik xüsusiyyətləri ilə yanaşı, D seriyalı pasportlarda III Çarlzın hakimiyyətə gəlməsindən sonra baş verən dəyişiklikləri əks etdirən Birləşmiş Krallıq gerbinin müasir versiyası yer aldı. Əlavə olaraq, viza səhifələrində Şotlandiya, İngiltərə, Uels və Şimali İrlandiya daxil olmaqla, Birləşmiş Krallıqdan təbii mənzərələri təqdim olunub.
Avropa İttifaqı pasportları