Bəsrə qrammatika məktəbi () — hicri II–IV (VIII–IX) əsrlərdə İslam dünyasında ərəb dilinin qrammatik sistemləşdirilməsi məqsədilə formalaşmış ilk elmi məktəblərdən biri. Məktəb adını İraqın Bəsrə şəhərindən almış və buna görə də bu məktəbə mənsub olan dilçilərə "Bəsriyyun" deyilmişdir. Bəsriyyun alimləri ərəb dilinin klassik ədəbiyyatını norma kimi qəbul edərək sistemli təhlilini həyata keçirmişdir. Bəsriyyun məktəbinin dilçilik sahəsi üzrə rəqibi bir əsr sonra Kufədə yaranmış "Kufiyyun" adlanan dilçilərin mənsub olduğu Kufə dilçilik məktəbidir.

Yaranması Bəsrə şəhərinin Ömərin əmri ilə Utbə ibn Qəzvan tərəfindən əsası qoyulduqdan (hicri 14, 16 və ya 17/636, 637 və ya 638) sonra, siyasi, iqtisadi və ictimai mərkəzlərdən birinə çevrilmiş, Əməvi və Abbasilər dövründə ən mühüm elmi mərkəzlərdən biri səviyyəsinə çatmışdır. Əməvilər dövründə Bəsrə məscidində dini dərslər və ərəb dili ilə bağlı dərslər verilmişdir.

Bəsrə coğrafi baxımdan İrana yaxın olduğuna görə erkən dövrdə ədəbi fəaliyyətlərə ev sahibliyi etmiş, müxtəlif mədəniyyətlərin qovuşma nöqtəsi kimi mühüm mövqe qazanmış və nəhv elminin inkişaf edib yayılmağa başladığı ilk məkan olmuşdur. Əbül-Əsvəd əd-Duəli və onun şagirdlərinin bəsrəli olması qrammatik fəaliyyətlərin doğulduğu yer kimi Bəsrə şəhərini ön plana çıxarmış, bu fəaliyyət sonrakı dövrlərdə daha sistemli hala gətirilərək "Bəsrə məktəbi" adını almışdır.

Əbül-Əsvəd əd-Duəli və onun şagirdləri Bəsrə məktəbi kimi tanınan qrammatik tədqiqatların əsasını təşkil etmişlər. Onların əsasını qoyduqları qrammatik araşdırmalar sonrakı dövrlərdə digər dilçilik işlərinə də nümunə olmuş və ilham mənbəyinə çevrilmişdir.

Hicri I əsrdə Bəsrədə nəhv elminin əsasları qoyulmuşdur. Bəsrədə start götürən ilk nəhv tədqiqatları daha sonra digər islam bölgələrində də davam etdirilmişdir.

Məktəbin metodu və xüsusiyyətləri Bəsrə qrammatika məktəbi ərəb dilçiliyinin ilk məktəbi hesab olunur. Məktəbin qurulma məqsədi ərəb dilinin qorunması, anlaşılması və öyrətilməsi olmuşdur. Məktəbin tədqiqatları səma və qiyasa əsaslanmışdır. Bəsrəli qrammatiklər (Bəsriyyun) seçdikləri bədəvi ərəblərin fəsix (səhvsiz) dialektini əsas götürərək dilə aid ümumi qaydaları müəyyən etmiş və bu qaydalara uyğun olmayan formaları isə "şaz" hesab edərək, onlar üçün ayrıca qayda qoymağa ehtiyac görməmişlər.

Nümayəndələri Bəsriyyun adlanan dilçi alimlərin ən tanınmışları bunlar: Əbül-Əsvəd əd-Duəli — ilk nümayəndələrindən biri. Nəsr ibn Asim İsa ibn Ömər əs-Səqəfi Əl-Əxfəş əl-Əkbər Yunus ibn Həbib Həmmad ibn Sələmə Xəlil ibn Əhməd — məktəbin ən görkəmli iki alimindən biri. Digəri tələbəsi Sibəveyhdir. Sibəveyh Əl-Əxfəş əl-Əvsat Əbu Əmr ibn Əla Məmər ibn Müsənna Əl-Əsmai — şeir və əxbər ravisi. Əbu Zeyd əl-Ənsari — dilçi alim. Əbu Osman əl-Məzini — Sərf elmini (Ərəb dilinin morfologiyası) müstəqil bir elm sahəsi halında cəmləyən ilk dilçi. Mübərrəd İbn Düreyd Əbül-Fəzl ər-Riyaşi

Həmçinin bax Kufə qrammatika məktəbi

İstinadlar

Kateqoriya:Bəsrə tarixi