Əlfəf (, ), həmçinin Məklub — İraqın şimalında, Neynəvə düzənliyində yerləşən zirvə. Zirvə Mosul şəhərindən 30 kilometr şimal-şərqdə, Bartella qəsəbəsindən isə təxminən 15 kilometr şimalda qərarlaşmışdır. Zirvənin hündürlüyü dəniz səviyyəsindən 1057 metr təşkil edir. Dağda yerləşən ən böyük yaşayış məntəqəsi aysor yakovitlərin məskunlaşdığı Marc kəndidir.

Dağ öz cənub zirvəsi yaxınlığında yerləşən Mar Mattay (Müqəddəs Matfey) monastırı ilə tanınmışdır. Həmçinin, dağda b.e. IV–V əsrlərinə aid bir sıra qədim hücrələr mövcuddur.

İstinadlar

Kateqoriya:Dağ zirvəsi – minliklər Kateqoriya:İraq dağları