Sent-Esprit kilsəsi və ya Müqqəddəs Esprit kilsəsi () — Parisin XII arondismanında yerləşən katolik kilsəsi.

Tarixi Parisin XII arondismanının sakinlərinin sayı 1860-cı ildən başlayaraq artmaqda idi. Bu da böyük bir kilsəyə ehtiyac yaradırdı. Kilsənin hazırda yerləşdiyi, Daumesnil prospekti və "rue Claude Decaen" arasındakı üçbucaq formalı torpaq sahəsi 1927-ci ildə Arxiyepiskop Kardinal Dubois və onun köməkçisi Meqr Krepin tərəfindən satın alındı.

Müqqəddəs Esprit kilsəsi 1928-1935-ci illər arasında inşa edilmişdir. Kilsə kripti 1929-cu ildə təqdis edildi və kilsənin yuxarı hissəsi inşa edilərkən ibadət üçün istifadə edildi. Maliyyə çatışmazlığı səbəbindən işlər ləng gedirdi. Kardinal Dubois 1929-cu ildə vəfat etdikdən sonra onun yerinə Bişop Verdier gəldi və tikinti işləri 1932-ci ildə yenidən başladı. Onun büstü əsas qapının üzərində yerləşir. Kilsənin daxili dekoru 17 avqust 1979-cu ildə Mədəniyyət Nazirliyi tərəfindən "tarixi abidə" kimi qorunma altına alınıb. Bütün bina 1992-ci ildə tarixi abidə elan edilib.

Memarlığı Kilsənin memarlığı Bizans təsiri və dəmir-betonun birləşməsi ilə tamamlanıb. Memar Pol Tournon kilsəni İstanbuldakı Ayasofiyanın planından ilhamlanaraq layihələndirib.

Kilsənin diametri 22 metr və zirvəsi yer səviyyəsindən 33 metr hündürlükdə olan böyük bir günbəzi var. Dəmir-betonun şaquli dayaqlar və günbəz üçün istifadəsi, tikinti zamanı böyük bir texniki uğur idi. Günbəz işığın əsasında yerləşən açılışlardan daxil olması üçün layihə edilib. Buna baxmayaraq, bəzi mütəxəssislər daxili mühitin qaranlığının zəngin daxili dekorun qiymətləndirilməsinə mane olduğunu iddia edirlər. Xarici dəmir-betonun üzəri Burqundiyadan gətirilmiş qırmızı kərpiclərlə örtülmüşdür.

Daxili hissə Müqəddəs Sənət Emalatxanaları () adlı Katolik sənətçilər birliyi tərəfindən (freskalar, mozaikalar, heykəllər və vitraj pəncərələrlə) zəngin şəkildə bəzədilmişdir. Bu birlik Tanrıya xidmət edən sənət əsərləri yaratmağa həsr olunmuşdur. Daxili mühit ümumiyyətlə qaranlıqdır və bu, kilsəyə unikal bir atmosfer verir. Dekorasiya, Müqəddəs Ruhun insan tarixinə təsirini əsas mövzu kimi təqdim edərək, Müqəddəs Ruh günündən (Pentecost) XX əsrə qədər olan "mübarizə edən kilsə" və "zəfər çalan kilsə" tarixini təsvir edir.

Qalereya

İstinadlar

Xarici keçidlər