Google Məlumat Paneli (Knowledge Graph), Google və Google Axtarış xidmətləri tərəfindən müxtəlif mənbələrdən toplanan məlumatlarla axtarış motoru nəticələrini təkmilləşdirmək üçün istifadə edilən bir bilik bazası vəya məlumat löhvəsidir. Məlumat Paneli qutuları Google-ın axtarış motoruna 2012-ci ilin may ayında əlavə edildi. Məlumatlar istifadəçilərə Google axtarış nəticələrinin ana ekranda sağda qutu şəklində göstərirdi.

Tarixi 16 may 2012-ci ildə Google, Google axtarışlarından əldə edilən məlumatların dəyərini əhəmiyyətli dərəcədə artırmaq üçün Məlumat Panelini aktiv elan etdi. Əvvəlcə yalnız ingilis dilində mövcud olan Məlumat Paneli 2012-ci ilin dekabr ayında İspan, Fransız, Alman, Portuqal, Yapon, Rus, İtalyan və Türk dillərini əhatə etməklə genişləndirildi. 2014-cü ilin avqust ayında New Scientist, Google Məlumat Qrafiklərinin imkanlarını əldə etmək üçün yeni bir təşəbbüs olan "Məlumat Deposunu" başlatdığını bildirdi. Rəqəmlərlə işləyən verilənlər bazasından fərqli olaraq, Məlumat Deposu, faktlarla işləmək, internetdən məlumatları avtomatik olaraq toplamaq və "Madonna harada anadan olub?" kimi birbaşa suallara cavab verə biləcək bir bilik bazasına birləşdirmək üçün hazırlanmışdır. Məlumat Panelinin əsas funksiyası, insanlar tərəfindən tərtib edilmiş kütləvi mənbələrdən əldə edilən faktlara etibar etmək əvəzinə, avtomatik olaraq məlumat toplamaq qabiliyyətidir.

Məlumat Məlumat Panelində olan verilənlər məlumatlar axtarış nəticələrinin sağındakı qutusu kimi təqdim olunur. Google-a görə, bu məlumatlar CIA World Factbook , Wikidata və Wikipedia-da daxil olmaqla bir çox mənbələrdən götürülmüşdür. Bilik bazası sürətlə böyüdü və ictimaiyyətə açıqlandıqdan sonra yeddi ay ərzində ilkin ölçüsünü üç dəfə artırdı. 2016-cı ilin oktyabr ayında Google Məlumat Paneli sayının 70 milyardı keçdiyini elan etdi. Məlumat Panelində olan qrafikindəki məlumatlar Google Assistant və Google Home səsli sorğularında birbaşa danışıq suallarına cavab vermək üçün istifadə olunur.

Həmçinin baxın Google Assistent Vikiverilənlər

İstinadlar

Kateqoriya:2012-ci ildə tanıdılanlar Kateqoriya:Google Search Kateqoriya:2012-ci ildə yaranan saytlar Kateqoriya:Verilənlər bazaları