Qazi Hoca məscidi () — Ədirnədə yerləşən, Osmanlı dövründə inşa edilən məscid.
Tək günbəzli, hörgü strukturlu olan məscidin dəqiq tikilmə tarixi bilinməsə də, XIV əsrdə Qazi Hoca Rüstəm tərəfindən tikdirildiyi mənbələrdə qeyd olunur. Vəqflər Baş İdarəsinin himayəsində olan məscid Mədəniyyət və Turizm Nazirliyi (Türkiyə) tərəfindən 1-ci dərəcəli mühafizə altındadır. 1992-ci ildə bərpa edilən məscid günümüzdə istifadə olunmağa davam edir.
Mənbə
İstinadlar
Kateqoriya:Türkiyə məscidləri Kateqoriya:Osmanlı memarlığı Kateqoriya:Ədirnə