Fəridə Acar (; ) — türk alimi.
Fəridə Acar, ODTÜ (Orta Şərq Texniki Universiteti) Sosial Elmlər İnstitutunun Qadın Araşdırmaları kafedrasının təsisçilərindən biridir. 1990-cı ildən bəri beynəlxalq platformalarda gender bərabərliyi, qadın hüquqları sahəsində Türkiyəni təmsil edir. İstanbul Konvensiyasının Ekspertlər Qrupunun (GREVIO) sədri və Birləşmiş Millətlər Təşkilatının Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiya Komitəsinin (CEDAW Komitəsi) üzvü olmuşdur. Həyat və fəaliyyəti Fəridə Acar 1948-ci ildə Bursada anadan olub. O, bakalavr təhsilini Orta Şərq Texniki Universitetində sosiologiya üzrə 1970-ci ildə bitirib. ABŞ-nin Pensilvaniya ştatındakı Brin Mor Kollecində siyasi sosiologiya üzrə magistr (1973) və doktorluq (1976) dərəcələrinə yiyələnib.
O, 1975-ci ildə ODTÜ-nün Siyasi Elmlər və Dövlət İdarəçiliyi kafedrasına daxil olub. 1988-ci ildə dosent, 1994-cü ildə isə professor elmi adlarına yiyələnib. 1994-cü ildə ODTÜ-də Qadın Tədqiqatları kafedrasının və magistr proqramının yaradılmasına rəhbərlik edib. 1994-cü ildən 2003-cü ilə qədər proqramın rəhbəri vəzifəsində çalışıb.
Fəridə Acar 1990-cı illərdən etibarən Dünya Bankı, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, Avropa Birliyi kimi qurumlarda gender bərabərliyi və qadın hüquqları məsələləri üzrə beynəlxalq məsləhətçi kimi fəaliyyət göstərib. 1993 və 1997-ci illərdə BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqındakı Konvensiya (CEDAW) Komitəsinə üzv seçilib. 2003–2005-ci illərdə CEDAW Komitəsinin sədri olub. 2015–2018-ci illərdə yenidən Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Komitəsinin üzvü seçilib. 2005-ci ildən bəri Avropa Şurasının Qadınlara qarşı zorakılıqla mübarizə üzrə İşçi Qrupunda beynəlxalq ekspert kimi fəaliyyət göstərir.
Qadınlara qarşı zorakılıq və məişət zorakılığı ilə mübarizə məqsədilə 2011-ci ildə dövlətlərin imzasına açılan İstanbul Konvensiyasının memarlarından biri olan Acar, 2015-ci ildə bu konvensiyanın nəzarət orqanı Ekspertlər Qrupunun (GREVIO) sədri seçilmişdir. O, 2018-ci ildə "Apolitical" qeyri-hökumət təşkilatı tərəfindən hazırlanan, dünyada gender bərabərliyi və cinsiyyət ayrı-seçkiliyinə qarşı mübarizə aparan ilk 100 şəxs siyahısına daxil edilib.
Onun nəşrlərinin mövzusunu Türkiyədəki siyasi həyat, siyasi institut və partiyalar, sosial dəyişikliklər, qadın hüquqları, Türkiyədəki qadın hüquqları və islamçı hərəkatlarda qadınlar əhatə edir.
Fəridə Acar 2019-cu ildə Avropa Şurasının "Xidmətlərə görə" medalı ilə təltif edilib.
İstinadlar
Kateqoriya:Türk feministlər Kateqoriya:Orta Şərq Texniki Universitetinin məzunları Kateqoriya:Orta Şərq Texniki Universitetinin müəllimləri