Pleyada () — 1888–1893-cü illərdə fəaliyyət göstərmiş Ukrayna gənclərinin ədəbi dərnəyi.
Tarixi Pleyada ədəbi dərnəyi 1888-ci ildə Kiyev şəhərində Lesya Ukrainka və qardaşı Mixail Kosaçın təşəbbüsü ilə təsis edilmişdir.
"Pleyada"nın tərkibinə Maksim Slavinski, Vitali Borovik, Lyudmila Staritskaya-Çernyaxovskaya, Vladimir Samiylenko, İvan Steşenko, Orest Ostroqradski, Darya Romanova, Moisey Kononenko, M. Bıkovskaya, Aleksandra Sudovşçikova, Apollinari Marşinski, Aleksandr Çernyaqovski, Marqarita Komarova, Aqafangel Krımski, Yevgeni Timçenko, Arkadi Verziilov, Vasili Zavileyski, Daniil Zabolotnı, Anton Sinyavski, Neon Qolimski və başqaları daxil olmuşdur.
Fəaliyyəti Dərnək üzvləri Ukrayna ədəbiyyatının inkişafı məsələlərini nəzərdən keçirmiş, ədəbi gecələr təşkil etmiş və xarici yazıçıların əsərlərini Ukrayna dilinə tərcümə etmişlər. Bu fəaliyyət çərçivəsində Lesya Ukrainka və M. Slavinski — H. Heyne və Dante Aligyerinin, V. Samoylenko — Molyer və P.-J. de Beranjenin əsərlərini, E. Timçenko isə Kareliya-Finlandiya xalq eposu olan «Kalevala»nı tərcümə etmişdir. Vladimir Samiylenko sonralar həmin dövrü xatırlayarkən qeyd etmişdir ki, dərnəkdə müəlliflər öz yeni əsərlərini və tərcümələrini oxuyur, onları müzakirə edir, həmçinin yeni ədəbi layihələr hazırlayırdılar. Eyni zamanda bəstəkar Lısenko dərnək üzvlərini öz yeni kompozisiyaları ilə tanış edirdi.Диба А. «Українська плеяда — найкраща, найталановитіша дитина Старої (Київської) громади». Леся Українка і сучасність: Збірник наукових праць. 2007. № 4 (1). С. 301.
«Pleyada» iştirakçıları tərəfindən çapa hazırlanan «Vesna», «Desna» və «Spilka» adlı məcmuələrin nəşri senzura komitəsi tərəfindən qadağan edilmişdir. Bundan sonra Lesya Ukrainka qardaşının xahişi ilə tərcümə olunmasını vacib hesab etdiyi müəlliflərin və əsərlərin geniş siyahısını tərtib etmişdir. O, bu siyahını 26–28 noyabr (8–10 dekabr) 1889-cu il tarixli məktubunda «Hələ Ukrayna ölməyib!» epiqrafı ilə Mixailə göndərmişdir.
Dərnək üzvləri Ukrayna yazıçılarından M. Kotsyubinski, İ. Franko və M. Pavlik ilə sıx əlaqələr saxlamışlar.
1893-cü ilin ortalarında «Pleyada» öz fəaliyyətini dayandırmışdır.
Mənbə
İstinadlar
Ədəbiyyat Реєнт О. П. «ПЛЕЯДА» // Енциклопедія історії України : у 10 т. : [укр.] / редкол.: В. А. Смолій (голова) та ін. ; Інститут історії України НАН України. — Київ : Наукова думка, 2011. — Т. 8 : Па — Прик. — 520 с. : іл. — ISBN 978-966-00-1142-7. «Плеяда» // Украинская советская энциклопедия: в 12 томах = Українська радянська енциклопедія (укр.) / За ред. М. Бажана. — 2-ге вид. — Київ: Гол. редакція УРЕ, 1974—1985. — Т. 8. — С. 412.
Kateqoriya:Ukrayna ədəbiyyatı Kateqoriya:Ədəbi məclislər