300px|thumb|right|Rumıniyada müsəlmanların yaşadığı bölgələr 300px|thumb|right| Konstansa şəhərində yerləşən Kral məscidi Rumıniyada İslam — Rumıniyada İslam dininə əhalinin cəmi 0.4 faizi etiqad edir. İslam dini təxminən beş əsr (təxminən 1420–1878) Osmanlı imperiyasının tərkibində olmuş Qara dəniz sahilindəki Şimali Dobruca bölgəsində 700 illik ənənəyə malikdir. Müasir Rumıniyada İslam dininə etiqad edənlərin əksəriyyəti Rumıniya tatarları və türk etnik icmalarına mənsubdur və Sünni məzhəbinə tabedirlər. İslam dini dövlət tərəfindən tanınan 18 dini ayindən biridir.

Rəvayətə görə, İslam bu bölgədə ilk dəfə Bizans dövründə sufi lider Sarı Saltıq sayəsində bərqərar olub. Şimali Dobrucada İslamın mövcudluğu Osmanlı nəzarəti və ardıcıl immiqrasiya dalğaları ilə genişlənsə də, XIX əsrin sonlarından davamlı olaraq azalmaqdadır. Dunay knyazlıqları olan Valaxiya və Moldovada Osmanlı hakimiyyəti dövründə müsəlmanların sayında artım müşahidə olunmamış, oradakı müsəlman varlığı həmişə cüzi xarakter daşıyıb. Həmçinin Osmanlı imperiyası ilə əlaqədar olaraq, müasir Rumıniyanın digər hissələrindəki müsəlman kolonist qrupları Habsburq monarxiyasının ekspansiyası və ya müvafiq digər siyasi dəyişikliklər nəticəsində burdan köçürülüblər.

1877–1878-ci illər Rusiya-Türkiyə müharibəsindən sonra Şimali Dobruca Rumıniyanın tərkibinə daxil olduqdan sonra icma öz daxili müqəddəratını təyinetmə statusunu qoruyub saxlayıb. Bu vəziyyət Rumıniya Sosialist Respublikası dövründə dəyişmiş, Rumıniya müsəlmanları dövlətin müəyyən nəzarətinə tabe edilmişlər. Lakin 1989-cu il Rumıniya inqilabından sonra icma yenidən öz sərbəstliyini qazanıb. Müsəlmanların maraqları iki ayrı qurumun birləşməsindən yaranan Müftilik (Muftiyatul Cultului Musulman din România) tərəfindən təmsil olunur. Tarixi Erkən dövrlər İlk əhəmiyyətli sayda müsəlman qrupları Rumıniyaya peçeneqlər və qıpçaqlar (kumanlar) ilə birlikdə gəlib. Təxminən 1061-ci ildə, peçeneqlər Valaxiya və Moldovada hökmranlıq edərkən, onların arasında müsəlman azlığı var idi. Eyni hal kumanlara da aid idi. Dan Toma Dulciu, "Prezențe musulmane în spațiul românesc" , in :en:Revista Sud-Est, 2002/2/48. Retrieved June 2, 2007. Kumanlar 1171-ci ildə peçeneqləri əvəz etdilər, Macarıstan kralları isə peçeneqləri Transilvaniyada və krallıqlarının digər hissələrində məskunlaşdırdılar.

Müsəlman varlığı Dobrucada ənənəvi xarakter daşıyır və qismən həm Osmanlı hakimiyyətindən, həm də qonşu Dunay knyazlıqlarının yaranmasından əvvəlki dövrə təsadüf edir. Constantin Rezachevici, "Găgăuzii" (part I) , in :en:Magazin Istoric, May 1997 Həm peçeneqlər, həm də kumanlar bu ərazidə mövcud olmuş və ehtimal ki, bir sıra kiçik icmalar qurmuşdular. Təxminən 1260-cı ildə, Bizans imperatoru VIII Mixail Paleoloqun hakimiyyəti dövründə, iki Anadolu Səlcuqlu hökmdarı taxtdan salınmış Sultan II Keykavusa və sufi Sarı Saltıqa bu bölgədə məskunlaşmağa icazə verildi. Dobrucaya qardaşı və ortaq hökmdarı IV Qılıc Arslan ilə gələn Keykavusu, məlumatlara görə, 12,000-ə qədər təbəəsi izləyib. Frans Babinger və George İ.Bretianu kimi tədqiqatçılar belə bir fikri dəstəkləyirlər ki, Saltıq və tərəfdarları əslində Mərkəzi Anadolunun hakim sünni qrupu tərəfindən dönük sayılan və təqiblərdən sığınacaq axtaran gizli şiə ələviləri idilər. 280px|thumb|left|Əsmahan Sultan məscidi, Manqaliya, Osmanlı memarlığı Onların ilk məskunlaşma yerinin dəqiq harada olması mübahisəlidir. Bir qrup tarixçi hesab edir ki, qrupa yəqin ki, Bizansın şimal sərhədini qorumaq tapşırılıb və onlar sonralar Babadağ kimi tanınan ərazidə məskunlaşıblar. Digər bir qrup isə bu varlığı hazırda Bolqarıstan ərazisində olan Cənubi Dobrucanın Kaliakra zolağı ilə əlaqələndirir. Bundan əlavə, müxtəlif tarixçilər iddia edirlər ki, bu Səlcuqluların miqrasiyası qaqauz xalqının etnogenezində həlledici rol oynayıb. Bəziləri hesab edir ki, bu prosesə kumanlar, peçeneqlər, oğuzlar və digər türk xalqları da daxil ola bilərdi. Dobrucada az sayda qalan qaqauzlar əksəriyyətlə pravoslav xristianlardır ki, bu da İslamdan dinini dəyişmə prosesi ilə izah olunur.

Tatarların varlığı, 1334-cü ildə bu ərazidən keçmiş bərbər səyyahı İbn Bətutənin əsərlərində xüsusi olaraq qeyd edilmişdir. İbn Bətutənin dövründə bu bölgə Avrasiya çöllərində mərkəzləşmiş Tatar Qızıl Ordasının ən qərb mülkü sayılırdı. Arxeoloji qazıntılar aşkar etmişdir ki, Qızıl Ordaya mənsub olan digər bir tatar qrupu Noğay xanın hakimiyyəti dövründə Dobrucaya gəlmişdir və yəqin ki, indiki noqaylarla yaxın qohumluq əlaqələrinə malik idilər. Əmir Teymurun hücumlarından sonra, XIV əsrin ortalarında Aktay xanın qoşunları bölgəyə gəlib və təxminən 100,000 tatar orada məskunlaşıb.

Qızıl Ordanın süqutundan əvvəl və sonra Dobruca müsəlmanları, Krım tatarları kimi, bu dövlətin mədəni təsirlərini qəbul ediblər. Burda istifadə olunan dil qıpçaq dili idi. Sultan I Bəyazid və I Mehmed dövründə reallaşan Osmanlı hakimiyyətinin genişlənməsi bölgəyə Osmanlı türkcəsinin təsirini gətirdi, çünki Dobruca Rumeli bəylərbəyliyinə birləşdirildi.

Məlumata görə, ilk dəfə Sultan Bəyazid tərəfindən abidə kimi ucaldılan Sarı Saltıqın məzarı o vaxtdan bəri Rumıniyada islamın mühüm ziyarətgahı kimi qalmaqdadır. Bu ziyarətgah şeyxin dəfn edildiyi güman edilən bir çox yerlərdən biridir. Balkanlardakı müxtəlif yerli icmalar onun məzarının Kaliakra, Babaeski, Blaqay, Ədirnə, Has rayonu, Kruya və ya Müqəddəs Naumda olduğunu iddia edirlər.Alexandre Popovic, "Morts de saints et tombeaux miraculeux", in Gilles Veinstein (ed.), Les Ottomans et la Mort: Permanences et mutations, :en:Brill Publishers, Leiden, New York & Köln, 1996, p.98-99. Digər mənbələr Saltıqın Anadolunun İznik şəhərində, Valaxiyanın Buzau bölgəsində, hətta cənubda Korfu adasında və ya şimalda Polşanın Qdansk şəhərində dəfn edildiyini irəli sürürlər.Sari Saltuk Tomb , on :en:ArchNet. Retrieved February 29, 2008. Babadağ toponimi (türkcə "Qocanın dağı") böyük ehtimalla Sarı Saltıqa işarədir. XV əsrin sonlarında salnaməçi Övliya Çələbi tərəfindən qeydə alınmış Dobruca müsəlman rəvayətinə görə, bu ad xristian hücumundan sonra məzarın qismən dağıdılmasından qısa müddət sonra ortaya çıxıb.

Dobruca və bütövlükdə Rumıniyada ən qədim mədrəsə 1484-cü ildə II Bəyazidin əmri ilə Babadağda qurulub və 1903-cü ildə Məcidiyyəyə köçürülüb. Elə həmin dövrdən etibarən Anadoludan olan müsəlman tatar və oğuz türkləri qrupları müxtəlif fasilələrlə Dobrucada məskunlaşdırılıb. 1525-ci ildə Samsun və Sinop limanlarından gələn böyük bir qrup Babadağa köçüb. Bəyazid həmçinin Volqa tatarlarından da Şimali Dobrucaya köçmələrini istəyib.

Orta əsrlərdə 280px|thumb|right|Timişoaradakı məscidlər, 1656 Dunay knyazlıqlarında Osmanlı suverenliyi yerli əhali üzərində ümumilikdə məhdud təsirə malik idi və İslamın təsiri də özlüyündə xeyli az idi. Valaxiya knyazlığı və Moldaviya knyazlığı yüksək dərəcədə muxtariyyətə malik idi və onların tarixi üsyanlar və müvəqqəti müstəqillik epizodları ilə zəngin idi. 1417-ci ildən sonra, Osmanlı hakimiyyəti Valaxiya üzərində ilk dəfə effektiv xarakter alanda, Turnu və Curcu (Giurgiu) şəhərləri qəza (kaza) kimi ilhaq edildi. Bu qayda 1829-cu il Ədirnə müqaviləsinə qədər qüvvədə qaldı. Bu status 1542-ci ildə qısa müddətə Breilaya da şamil edilib.

Sonrakı əsrlərdə hakimiyyətdə olan və ya keçmiş yerli hospodarlar (knyazlar) arasında İslamı qəbul edən üç nəfər sənədləşdirilmişdir. Bunlar Valaxiya knyazları Radu cel Frumos (1462–1475) və Mihnea Turcitul (1577–1591), həmçinin Moldova knyazı İlie II Rareş (1546–1551) idi. Sosial iyerarxiyanın digər tərəfində isə Moldova bütün yerli qaraçılarla eyni statusu paylaşan kifayət qədər çox sayda tatar kölə əhalisinə sahib idi. Qaraçı köləliyi Valaxiyada da mövcud olsa da, orada tatar kölələrinin varlığı sənədləşdirilməyib və yalnız nəzəriyyə olaraq irəli sürülür. Bu əhali qrupu, əsasən, toqquşmalarda əsir götürülən Bucaqdan olan müsəlman noqaylardan ibarət ola bilərdi.Viorel Achim, The Roma in Romanian History, :en:Central European University Press, Budapest, 2004, p.28. Baxmayaraq ki, bir nəzəriyyəyə görə, onların ilk nümayəndələri ilk Osmanlı və tatar yürüşlərindən xeyli əvvəl əsir götürülmüş kumanların olması ehtimal olunur.

Hər iki ölkənin ərazisində müsəlman varlığı məsələsinə çox vaxt Osmanlı sultanları ilə yerli knyazlar arasındakı münasibətlər kontekstində baxılır. Rumıniya tarixşünaslığı ümumiyyətlə iddia edir ki, sonuncu iki knyazlıq Osmanlı sarayı ilə ikitərəfli müqavilələrlə bağlı idi. Əsas məsələlərdən biri orta əsrlərin müəyyən dövründə hər iki dövlət və Osmanlı imperiyası arasında razılaşdırıldığı iddia edilən Kapitulyasiyalar (Osmanlı türkcəsində: ahdnâme) idi. Belə sənədlər qorunub saxlanılmayıb. Müasir Rumıniya tarixçiləri üzə çıxarıblar ki, XVIII və XIX əsrlərdə Osmanlılara qarşı Rumıniya hüquqlarını qorumaq üçün istinad edilən və XX əsrdə millətçi diskurs tərəfindən mənimsənilən bu "Kapitulyasiyalar" saxta sənədlər idilər.Boia, p.79 Ənənəvi olaraq, Valaxiya və Moldovaya aid Osmanlı sənədləri sultan tərəfindən verilən birtərəfli fərmanlar idi. 1993-cü ildə nəşr olunan bir kompromis versiyada rumın tarixçisi Mixay Maksim iddia edir ki, bunlar birtərəfli aktlar olsa da, Valaxiya və Moldova hökmdarları tərəfindən müqavilə kimi qəbul edilirdi.Boia, p.245

Müsəlman-xristian münasibətlərinə dair müddəalar ənənəvi olaraq sonrakı siyasətlər nəzərə alınmaqla qiymətləndirilir. Knyazlıqlar Osmanlılar tərəfindən maddi qazanclar qarşılığında onlara verilən "Dar əl-əhd" (Razılaşma diyarı) statusuna malik ərazilər hesab olunurdu. Buna görə də, Osmanlı imperiyası burada qoşun və ya qarnizon saxlamır, hərbi obyektlər tikmirdi.Ștefan Gorovei, "Moldova în Casa Păcii, pe marginea izvoarelor privind primul secol de relații moldo-otomane", in Anuarul Institutului de Istorie și Arheologie A. D. Xenopol, XVII, 1980 Bunun əvəzinə, bir neçə dəfə baş verdiyi kimi, Osmanlı sultanları yerli knyazların itaətsizliyini cəzalandırmaq vasitəsi kimi öz tatar təbəələrinə Moldova və ya Valaxiyaya basqın etməyə icazə verirdilər. Ədəbiyyat tarixçisi İoana Feodorov qeyd edir ki, bu iki kiçik dövlət ilə Osmanlı suzereni arasındakı münasibətlər Osmanlı imperiyasının əməl etdiyi müəyyən prinsiplər və qaydalar toplusuna əsaslanırdı və göstərir ki,Feodorov, p.304 XVII əsrin əvvəllərində bu sistem ərəbdilli xristian səyyahı Hələbli Pavelin əsərlərində əksini tapıb.Feodorov, p.300-304

XVII–XIX əsrlərdə 270px|thumb|left|Şimali Dobrujada tatarlar (sarı) və türklər (tünd bənövşəyi) (1903) XVII əsrə qədər, səyyah Övliya Çələbinin qeydlərinə görə, Dobrucada həm də türk və valax mənşəli insanların qarışığından ibarət fərqli bir icma yaşayırdı. Bundan əlavə, Dobruca qaraçı icmasının bir hissəsi ənənəvi olaraq İslama etiqad edirdi. Hesab olunur ki, bu icmanın kökü XVI əsrdə Osmanlı ordusunda xidmət edən qaraçı qrupları ilə bağlıdır və yəqin ki, bura şəhər və ya kəndlərdə məskunlaşmayan müxtəlif etnik türklər də daxil olmuşdur. Dobruca ilə yanaşı, 1551–1718-ci illərdə birbaşa Osmanlı hakimiyyəti altında olan müasir Rumıniyanın bir hissəsi də Timeşvar əyaləti (Qərbi Rumıniyanın Banat bölgəsi) idi ki, bu əyalət Arad (1551–1699) və Oradea (1661–1699) şəhərlərinə qədər uzanırdı.