Alleqorik nağıllar — heyvanlar və ya cansız əşyalar vasitəsilə insan xüsusiyyətlərini (hiyləgərlik, tənbəllik, cəsarət) tənqid edən və ya öyrədən xalq yaradıcılığı nümunələridir. Bu nağıllarda obrazlar mücərrəd anlayışları təmsil edir, məsələn, tülkü hiyləgərliyi, şir gücü, qoyun isə sadəlövhlüyü simvolizə edir. thumb|300px|Alleqorik nağıllar

Heyvanlar haqqında nağıllarda alleqoriya Heyvanlar haqqında nağıllarda həm nəsihət, həm də əyləndirmə özünü göstərir. Bu nağılların tədqiqatından alınan ümumi nəticəyə görə bəzi nümunələrin, doğrudan da, alleqoriya ilə bağlı olduğu müəyyənləşdirilmişdir. Sayca az olan alleqorik məzmunlu nağıllar heyvanlar haqqındakı nağıllar içərisində xüsusi mövqeyə malik olduğundan peşəkar nağılçılıqda da ayrıca məhələ təşkil edir. Bunun ən böyük önəmi heyvanlar haqqında nağılları pritçalardan, apoloqlardan və təmsillərdən ayırmaqdır. "Folklor terminləri" lüğətində də gösərilir ki, "nağılların çoxu komikdir, onlarda söhbət kələkbaz, hiyləgər heyvanlar (Asiya xalqlarında dovşan, Afrika xalqlarında tısbağa, hörümçək, Amerika hindularında koyot, Avropa xalqlarında tülkü) haqqında gedir. Heyvan triksterlər əxlaq normalarına riayət etməyə çalışmırlar, güclü, amma səfeh, həmişə daha zəif olanlar hiyləgərin sərt kələyinin qurbanı olurlar. Heyvanlar haqqında komik nağıllar dünyanın qeyri-kamilliyi üzərində yüksəlməyə imkan verir, ona gülür və bununla daha kəskin əxlaq normalarından azad olmaq haqqında fikri təlqin edir. Son şərait heyvanlar haqqında komik nağılların zamanla uşaq auitoriyasına daxil olmasına səbəb olur. Heyvanlar haqqında nağılların digər janrı apoloqdur. Burada komik başlanğıc əxlaqiliyə nisbətən səssizləşdirilir. Apoloq öyrədir və nəsihət verir, lakin əxlaq dərsləri sözsüz varlıqlara aid olduğundan apoloqların əxlaqını nisbiləşdirir və ona yenə də komik çalar verir".Xəlil, 2010, s.102

Alleqorik didaktik məzmunlu apoloq heyvanlar haqqında nağılların bir növü daha çox mifoloji ağırlıqlı heyvanlar haqqında miflərin bir az fərqli təqdimidir. Heyvanlar haqqında miflərin eposlaşmış variantı olan apoloq Şərq xalqlarının şifahi xalq ədəbiyyatından yazılı ədəbiyyatına keçərək kitablaşmışdır. Təbii ki, ədəbi xüsusiyət qazanmış apoloq heyvanlar haqnqda nağıllara yaxın olsa da, yazılı ədəbiyyatın nümunəsinə çevrilmişdir. XX əsrin 30-cu illərində həyata keçirilən heyvanlar haqqında nağılların toplanması və nəşrindəki bəzi xətalar, məsələn, onların sehrli nağıllarla, heyvanlar haqqında miflərlə qarışdırılması və s. olsa da, tədqiq tarixi daha acınacaqlı haldadır. Simvol və alleqoriya kimi məsələlərin, alleqorik nağıllar (nağıl təmsillər) probleminin nə dərəcədə doğru olub-olmadığı və s. tədqiq olunması vacib məsələlərdən yalnız bir qismidir. Heyvanlar haqqında nağılların uşaq nağılları və alleqorik nağıllarla münasibəti, fərqli və oxşar cəhətləri kimi problem məsələlər də bu mövzunun yaxşı araşdırılmadığından xəbər verir.Əliyeva, 2019, s.8

Alleqorik nağılların janr xüsusiyyətləri və təsnifatı Nağılların təsnifatından danışarkən folklorşünaslar əsasən aşağıdakı nağıl tiplərini vermişlər: 1) Heyvanlar haqqında nağıllar: a) İlkin təsəvvürləri və totemist görüşləri əks etdirən nağıllar. b) Alleqorik nağıllar. 2) Sehrli nağıllar. 3) Məişət nağılları. 4) Uşaq nağılları.Nəbiyev, 2006, s.315 Bu təsnifat ilk növbədə heyvanlar aləmindən bəhs edən süjetlərin daxili spesifikasını, müxtəlif dövrlərin təsəvvürlərinə görə onların qruplaşdırılmasını, insanın dünyanı dərketmə mərələsində təbiətə və təbiət canlılarına münasibəti, əhliləşən və əhliləşməyən heyvanlara insanların münasibətini öyrənməyə imkan yaradır.Nəbiyev, 2006, s.314

Azərbaycan folklorşünaslığında heyvanlar haqqında nağılların mənşəyinə toxunan M. H. Təhmasib nağılları aşağıdakı kimi səciyyələndirir: "Bu növ nağıllar ibtidai icma dövründə yaranmış, qədim ovçu, eləcə də əkinçi qəbilə və tayfalarda uzun müddət xüsusi əfsun vasitəsi kimi istifadə edilmiş, daha sonralar isə alleqorik nağılların və təmsillərin yaranmasında çox əhəmiyyətli rol oynamışdır".Təhmasib, 2005, s.5

Folklorşünaslıqda nəzəri yanaşma Amerikalı folklorşünas alim Cek Zipes öz tədqiqatlarında nağılların yalnız uşaqlar üçün nəzərdə tutulmuş sadə mətnlər kimi dəyərləndirilməsinin doğru olmadığını vurğulayır. Alimin fikrincə, nağıllar sosial, siyasi və mədəni tənqid elementlərini özündə cəmləşdirən mühüm ədəbi-folklor nümunələridir. Zipes hesab edir ki, bu mətnlər cəmiyyətin dəyərlər sistemini, sosial münasibətlərini və ideoloji baxışlarını əks etdirən simvolik strukturlar kimi fəaliyyət göstərir. Bu baxımdan o qeyd edir: "Nağıllar folklor və ədəbi strukturlar kimi mədəni dəyərləri, sosial rolları və məna qatlarını ortaya qoymaqla yanaşı, cəmiyyətin ideoloji düşüncə tərzini formalaşdıran və nəsildən-nəslə ötürülən simvolik mətnlər kimi çıxış edir".Zipes, 2021, s.98 Sözü obrazlı şəkildə, rəmzlərlə demək, surətləri insan kimi danışdırmaq, hətta onların dilindən müdrik sözlər söyləmək heyvanlar haqqında nağılların mənəvi dəyərini daha da artırır. Təbii ki, bütün bu xüsusiyyətlərinə baxmayaraq, heyvanlar haqqında nağılların janr özünəməxsusluğunda alleqoriya əsas yer tutmur. Bu barədə struktur-formalist məktəbin qurucusu V. Y. Propp heyvan obrazları ilə həmişə insana işarə olunması haqqında yayılmış məlum görüşlərə qarşı çıxaraq yazır ki, təmsildən fərqli olaraq, nağıl üçün alleqoriya tamamilə yaddır.Пропп, 1976, s.51–52

Buna baxmayaraq, bir çox tədqiqatçılar, o cümlədən E. Pomerantseva, V. Anikin, N. Vedernikova, N. Seyidov, A. Nəbiyev, R. Qafarlı və b. heyvanlar haqqında nağılları alleqorik məzmunlu hesab etmiş və ya alleqorik nağıllar (nağıl-təmsillər) başlığı altında yeni bir təsnifat aparmışlar. Məsələn, məşhur rus folklorşünası V. P. Anikinə görə "Heyvanlar haqqında nağıllarda alleqoriya ictimai şüuru inkişaf etdirmiş, qədim insanı ibrətamiz həqiqətlərlə üz-üzə qoymuş və beləliklə, alleqoriya insanın təkamülündə mühüm mərhələ olmuşdur. Bu təkamül bizim heyvanlar haqqındakı alleqorik nağıllarda da özünü göstərir. Alleqorik nağıllar heyvanlar haqqında nağıllardan ibrətamiz məzmun kəsb etməsi ilə seçilir və onların strukturu heyvanlar haqqında nağıllardan fərqlənir. Belə ki, nağıl-təmsillər əslində kiçik alleqorik hekayələrdir. Zəif-güclü oppozisiyası üzərində qurulan heyvanlar haqqında nağıllarda yem uğrunda mübarizə süjet xəttinin əsasını təşkil edir, alleqorik nağıllarda isə həmin struktur elementləri yoxdur. Alleqorik nağıllar heyvanlar haqqında nağıllardan həm də mövzu müxtəlifliyinə görə deyil, fəlsəfi və psixoloji düşüncələrə görə də fərqlənir.

Heyvan obrazlarının funksiyasiları

Alleqorik nağılların əsas xüsusiyyəti budur ki, onlar həyatın mənasını, mahiyyətini aça bilməklə yanaşı, insanların mövcud cəmiyyətdə tənqid etməkdən çəkindikləri çatışmazlıqları heyvanların dili ilə çatdırır. Akademik M. Kazımoğlu yazır ki, "heyvanlar haqqında nağıllarda gülüşün mahiyyəti araşdırılarkən mübahisə doğuran cəhətlərdən başlıcası sosial satira məsələsi ilə bağlıdır. Bir çox folklorşünaslar belə hesab edirlər ki, heyvanlar aləmindən bəhs edən nağıllarda heyvanlar bir bəhanədir və müxtəlif heyvan surətləri vasitəsilə insanlar təsvir olunur. Amerikalı ədəbiyyatşünas və folklor tədqiqatçısı, Harvard Universitetinin professoru Maria Tatar nağıllara yanaşmasında onları yalnız uşaqlar üçün nəzərdə tutulmuş sadə hekayələr kimi deyil, çoxqatlı ədəbi məna daşıyan mədəni mətnlər kimi qiymətləndirir. Alimin fikrincə, nağıllarda təsvir olunan hadisələr əsasən "xəyali dünya" çərçivəsində cərəyan etsə də, bu məkan fövqəltəbii elementlər vasitəsilə real həyatla əlaqələndirilir və nəticədə sosial, mədəni və psixoloji məna qatları formalaşır. Tatar vurğulayır ki, nağılların müxtəlif oxu səviyyələrinə malik olması onların alleqorik şəkildə şərh edilməsinə imkan yaradır. Bu baxımdan o yazır: "Nağıllar uşaq ədəbiyyatının ən dərin və davamlı formalarından biridir, onların sehrli elementləri bizim mədəni və sosial dəyərlərimiz haqqında çoxqatlı fikirlər təqdim edir"Kirchner, 2020, s.8

İstinadlar

Ədəbiyyat Аникин, В. П. (1984). Русская народная сказка. Пособие для учителей. Москва: Наука, 256 с. Sevinc Əliyeva (2019). Heyvanlar haqqında nağıllar və təmsillər. Bakı: Ecoprint, 160 s.Heyvanlar haqqında nağıllar və təmsillər Kazımoğlu Muxtar. (2005). Gülüşün arxaik kökləri. Bakı: Elm,186 s. Kirchner, C. (2020) Once upon the Civil War: monsters, magic, and making an American fairy tale. PhD thesis, Bath Spa University, 92 page. ResearchSPAce http://researchspace.bathspa.ac.uk/ Nəbiyev, A. (2002). Azərbaycan xalq ədəbiyyatı (I hissə: Ali məktəblər üçün dərslik). Bakı: Turan, 679 s. Nəbiyev, A. (2006). Azərbaycan xalq ədəbiyyatı: Orta əsr və yeni dövr folklor yaradıcılığı (II hissə: Ali məktəblər üçün dərslik). Bakı: Elm, 648 s. Пропп, В. Я. (1976). Проблемы комизма и смеха. Москва: Наука, 1976, 184с. Təhmasib, M. H. (2005). Müqəddimə/ Azərbaycan nağılları (c. 2). Bakı: Şərq-Qərb, 296 s. Xəlil A. (Tərt.). (2010). Folklor terminləri. Bakı: Nurlan, 140 s. Zipes, J., & Koppy, K. C. M. (2021). Fairy Tales in Contemporary American Culture: How We Hate to Love Them. Rowman & Littlefield Nəşriyyat Qrupu. ISBN 978-1-7936-1278-6, 174 s.

Xarici keçidlər Alma Nağılı -SESLİ NAGİLLAR 3 nağıl dinlə: Günəşin nağılı, Hiyləgər keçi, Çirkin ördək balası Xoruz və boyalar nağılı dinlə (Qısa nağıllar və hekayələr)

Kateqoriya:Folklor Kateqoriya:Nağıllar Kateqoriya:Folklorşünaslıq Kateqoriya:Folklor janrları Kateqoriya:Folklor personajları Kateqoriya:Folklor və mifologiyada cadugərlik