Elegiya () — 2008-ci ildə ekranlara çıxmış ABŞ romantik dram filmi. Rejissoru İzabel Koyşet, ssenari müəllifi isə Nikolas Meyerdir. Film Filip Rotun 2001-ci ildə nəşr olunmuş "Ölümün pəncəsindəki heyvan" romanı əsasında hazırlanıb. Baş rollarda Penelopa Kruz və Ben Kinqsli çəkilib. Piter Sarsqaard, Patrisiya Klarkson və Dennis Hopper isə ikinci planda görünüblər. Film Nyu-Yorkda cərəyan etsə də, çəkilişlər Vankuverdə aparılıb.
Təsvir Manhettendə yaşayan Devid Kepeş yazıçıdır, sənət tənqidçisidir, professordur, həvəskar pianoçu və fotoqrafdır. Orta yaşa çatmış bu adam özünə bir sual verir: illər keçdikcə nə dəyişib, nə dəyişməyib? Mədəni baxımdan son dərəcə zəngin biri olsa da, Devid həyat etibarilə böyüyə bilməmiş biridir. Nə oğlu Kennetlə, nə də başqalarıyla düzgün münasibət qura bilir. Yalnız köhnə dostu, şair Corc Ohirn və iyirmi ildən artıqdır yanında olan iş qadını Kerolin onun həyatında sabit qalmağı bacarıb. Bir gün ədəbiyyat dərslərinə kubalı tələbə Konsuela Kastillo gəlir. Zərif, savadlı, gözəl. Devid özünü saxlaya bilmir və semestr bitənə qədər onunla yaxınlaşır. Bir il yarım davam edən bu münasibət boyu Devidin içindən narahatlıq getmir, çünki o Konsueladan ən azı otuz yaş böyükdür. Günlərin birində Konsuela ondan məzuniyyət mərasiminə gəlməsini, ailəsi və dostlarıyla tanış olmasını istəyir. Devid bir qərar verir. Və bu qərar hər şeyi dəyişir.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:ABŞ filmləri Kateqoriya:İngiliscə filmlər Kateqoriya:ABŞ romanlarına əsaslanan filmlər Kateqoriya:ABŞ-nin dram filmləri Kateqoriya:Nyu-York haqqında filmlər Kateqoriya:Aldatma haqqında filmlər Kateqoriya:Romantik filmlər Kateqoriya:Dramlar Kateqoriya:2000-ci illərin ingilis dilli filmləri Kateqoriya:İngilis dilində romantik dram filmləri Kateqoriya:ABŞ-nin romantik dram filmləri Kateqoriya:Qeri Luçesinin prodüseri olduğu filmlər Kateqoriya:İspanca filmlər Kateqoriya:2008-ci ilin filmləri