Lars və həqiqi qız () — 2007-ci il ABŞ komediya-dram filmi. Ssenarist Nensi Oliver və rejissor Kreyq Gillespinin birgə işinin məhsuludur.
Filmin ideyasının arxasında fotoqraf Yelena Dorfmanın "Sevgimiz hələ sönməyib" () adlı işi durur.
"Metro-Goldwyn-Mayer Pictures" 2007-ci ilin oktyabrında filmi ABŞ ekranlarına gətirir. Film tamaşaçı marağını o qədər də çəkmir, amma tənqidçilər arasında yaxşı ad qazanır. Rayan Qoslinq "Qızıl Qlobus" və "ABŞ Kinoaktyorlar Gildiyası" mükafatlarında "Ən yaxşı aktyor" nominasiyasına düşür, film isə "Ən yaxşı orijinal ssenari" üzrə "Oskar" nominasiyası ilə mükafat mövsümündə öz yerini tutur.
Təsvir Kiçik bir şimal şəhərində yaşayan Lars Lindstrom həyatı boyu qabağa çıxa bilməyib. Utancaq, çəkingən, insanlarla ünsiyyət qurmaqda çətinlik çəkən biridir. Amma bir gün qardaşı ilə baldızına xəbər verir ki, nəhayət bir sevgili tapıb və onu evə gətirmək istəyir. Qapı açılır, Byanka içəri gətirilir. Bircə fərqlə: Byanka canlı deyil. O, internetdən sifariş edilmiş bir kukladır. Larsın isə ağlında heç bir murdar fikir yoxdur, o Byanka ilə həqiqi, dərin bir münasibət yaşamaq istəyir. Baldızı nə edəcəyini bilmir, qardaşı başını itirir. Amma bu şəhərin sakinləri Larsı həmişə sevib. Ona görə də hamı bir yerə yığışır və bu sadəlövh oğlanın xətrinə Byankanı real bir insan kimi qəbul etməyə razılaşır.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:ABŞ filmləri Kateqoriya:ABŞ-nin komediya filmləri Kateqoriya:İngiliscə filmlər Kateqoriya:ABŞ-nin dram filmləri Kateqoriya:Dramlar Kateqoriya:2000-ci illərin ingilis dilli filmləri Kateqoriya:Metro-Goldwyn-Mayer filmləri Kateqoriya:Komediya-dram filmləri Kateqoriya:ABŞ-nin faciəvi komediya filmləri Kateqoriya:Qardaşlar haqqında filmlər Kateqoriya:İngilis dilində komediya-dram filmləri Kateqoriya:Kinorejissorların debüt filmləri Kateqoriya:Kanadanın dram filmləri Kateqoriya:İngiliscə Kanada filmləri