Sağ qalan () — 2015-ci ildə çəkilmiş İrlandiya post-apokaliptik elmi-fantastik triller filmi. Filmin ssenarisini yazan və rejissorluğunu edən Siven Finqltondur.

Böyük Britaniyada film 12 fevral 2016-cı ildə ekranlara gəlir. ABŞ-də isə məhdud nümayiş 2017-ci ildə gerçəkləşir.

Təsvir Aclığın hər tərəfi sardığı, yad adamın düşmən sayıldığı bir dünyada Sağ Qalan meşənin dərinliklərində, cəmiyyətdən uzaqda öz qaydaları ilə yaşayır. Gün ərzində ac qalmış bir qadın və onun yeniyetmə qızı onun sığınacağını tapanda, illərdir heç kimlə ünsiyyət qurmayan kişinin içindəki tənhalıq şübhəsindən güclü çıxır. Onlara qalmağa icazə verir, əvəzində isə öz şərtlərini qoyur. Amma tez başa düşür ki, bu sadə saziş düşündüyü qədər sadə deyil. İstək zərurətin yerini aldıqca, kişinin özü üçün yaratdığı həyat da, canı da təhlükə altına girməyə başlayır.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:İngiliscə filmlər Kateqoriya:Birləşmiş Krallığın triller filmləri Kateqoriya:Birləşmiş Krallığın dram filmləri Kateqoriya:İngilis dilində macəra filmləri Kateqoriya:Müstəqil Britaniya filmləri Kateqoriya:2015-ci ilin müstəqil filmləri Kateqoriya:İngiliscə müstəqil filmlər