Ümid bahar kimi gəlir () — 2012-ci ildə ekranlara çıxmış ABŞ romantik komediya-dramı. Filmin rejissoru Devid Frenkel, ssenaristi isə Vanessa Teylordur. Baş rollarda Meril Strip, Tommi Li Cons və Stiv Karell çıxış edir.

Avqustun 10-da kinosevərlərə təqdim olunan film ümumiyyətlə müsbət rəylər qazanır. Aktyorların ifası xüsusi qeyd edilir. "Qızıl Qlobus"a namizədlik əldə edən film "Xalqın seçimi" mükafatına da layiq görülüb.

Təsvir Otuz illik evlilik. Ayrı otaqlar. Bir-birinə deyilməmiş sözlər. Key və Arnoldun münasibəti elə bir hala gəlib çatıb ki, bir çətən altında yaşayan iki qonşudan fərqləri yoxdur artıq. Keyin bu vəziyyətə dözümü qalmır. Doktor Feldin kitabı əlinə keçəndə sanki içindəki bir şey oyanır. Özlərini doktorun bir həftəlik məsləhət proqramına yazdırır. Arnoldun fikrincə, aralarında heç bir problem yoxdur. Nə var ki, otuz ildir yan-yana yaşayırlar. Amma arvadı deyirsə, gedir. Həm də cibinə yaman baha başlayan bu səfərə. Doktor Feld onlara güzgü tutur. O güzgüdə görürlər ki, bir-birindən necə, nə zaman, niyə uzaqlaşıblar. Amma görmək hər şeyi həll etmir. Key də bilir, Arnold da, bu soyumuş ocağı yenidən alovlandırmaq istəmək ayrı şeydir, bacarmaq ayrı.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:ABŞ filmləri Kateqoriya:ABŞ-nin komediya filmləri Kateqoriya:İngiliscə filmlər Kateqoriya:ABŞ-nin romantik komediya filmləri Kateqoriya:Romantik filmlər Kateqoriya:Metro-Goldwyn-Mayer filmləri Kateqoriya:Komediya-dram filmləri Kateqoriya:2012-ci ilin komediya filmləri Kateqoriya:İngilis dilində romantik komediya-dram filmləri Kateqoriya:ABŞ-nin romantik komediya-dram filmləri Kateqoriya:Columbia Pictures filmləri Kateqoriya:2012-ci ilin ABŞ filmləri Kateqoriya:Seksuallıq haqqında filmlər Kateqoriya:Mandate Pictures filmləri