Odhise Paskali () — alban heykəltəraşı idi. Sənətinə görə Albaniyanın xalq artisti mükafatına layiq görülüb.

Erkən həyat Paskali 1903-cü ildə Osmanlı imperiyasının Permeti şəhərində anadan olub. 1925-ci ildə Paskali " Aclar" əsərini yazanda digər əsəri "Qız üzü" (Fytyrë vajze) ilə birlikdə Albaniyanın ovaxtkı baş naziri Əhməd Zoğuya göndərib və bunun müqabilində İtaliyadakı incəsənət akademiyasında təhsil almaq üçün təqaüd istəyib. Zoğu onu Turinə göndərməklə arzusunu yerinə yetirib. Turində tələbə ikən Alban Tələbə Assosiasiyasını (Studenti shqiptar) və Turin Alban Tələbələri jurnalını təsis edib. 1927-ci ildə Turindəki İtaliya krallığı Universitetinin Ədəbiyyat və Fəlsəfə Məktəbində incəsənət tənqidi ixtisası üzrə məzun olub. 1930-cu illərdə Alban Dostları (Miqt e Arbrit) assosiasiyasının təşəbbüskarlarından biri olub. O, həmçinin Tiranada ilk incəsənət sərgisinin və ilk Rəssamlıq Məktəbinin təşkilatçılarından biri olub.thumb|Skanderbeg abidəsi (Tiran), Albaniya

Əsərlər Paskali 600-ə yaxın heykəl yaradıb. Onun ilk heykəli "Aclar" idi. Onun şah əsəri Albaniyanın Tirana şəhərindəki Skanderbegin abidəsidir. Digər mühüm əsərlər Bayraqdar (Flamurtari 1932, Vlyora), Milli Döyüşçü (Luftëtari Kombëtar 1932, Korça), Dağlı (Malësori), Jeronim De Rada, Naim Fraşeri, KETI, Vojo Kuşi, Fan Noli, Onufri, I Zoğu (Albaniya kralı), Ənvər Xoca, Paşko Vasa, Migjeni, Isa Boletini, İdris Səfər. Paskalinin əsərlərinin bir çoxunun İtaliya və İsveçrədə tapıla biləcəyi düşünülür, çünki onlar Faşist İtaliya işğalı zamanı talan yolu ilə aparılıb.

Odhise 1957-ci ildən 1961-ci ilə qədər Albaniya Milli Fiqur Sənətləri Qalereyasının direktoru olmuşdur.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Albaniya xalq artistləri