250px|thumb|right|Vladimir Putin çıxışı zamanı.

Vladimir Putinin Ukraynanın dörd vilayətinin ilhaqı ilə bağlı çıxışı — 30 sentyabr 2022-ci il tarixində Vladimir Putinin Rusiya Federasiyası Federal Məclisinin hər bir iki palatasına ünvanlanmış və Ukraynanın dörd regionunun ilhaqı haqqında çıxışı. Bu çıxışda o, Rusiya ordusu tərəfindən Ukrayna ilə müharibə gedişatında qismən işğal edilmiş Donetsk, Luqansk, Zaporojya və Xerson vilayətlərinin Rusiya tərəfindən ilhaq edildiyini bəyan etmişdir. Putinin dörd Ukrayna regionunun ilhaqı ilə bağlı bəyanatı İkinci Dünya müharibəsindən bəri Avropada ərazinin ən böyükmiqyaslı zorakı zəbti elanı hesab olunmuşdur. Çıxış Böyük Kreml Sarayının Georgiyevski zalında keçirilmişdir.

Məzmun 36 dəqiqəlik çıxışın böyük hissəsi Rusiyanın "kollektiv Qərb" ilə qarşıdurmasına həsr olunmuşdur. Xüsusilə, Putin "anqlosakslar"ın "Şimal axını" beynəlxalq qaz boru magistrallarında partlayışlar təşkil etdiyini iddia etmişdir. O, çıxışında gender və rusofobiya mövzularına toxunmuş, Dağdakı vəzə və radikal antikommunist baxışları və Üçüncü Reyxə açıq dəstəyi ilə tanınan sağçı filosof İvan İlyinə istinad etmişdir. Putin həmçinin, Qərb ölkələrini təbliğatda ittiham etmiş, Yozef Gebbelsin təbliğatı ilə paralellər aparmışdır. Buna baxmayaraq, ekspertlər məhz Rusiya təbliğatını Gebbelsin yaratdığı sistemlə müqayisə etməkdədirlər. Rusiya prezidenti yenidən nüvə ritorikasına müraciət etmiş, amerikalıların Hiroşima və Naqasakinin atom bombardmanı bir "presedent yaratdığını" bildirmişdir.

Müraciət Ukrayna Silahlı Qüvvələrinin Liman ətrafında mövqe tutmuş Rusiya qoşunlarını mühasirəyə alması fonunda baş tutmuşdur. Putin Ukraynadan "atəşi və bütün hərbi əməliyyatları dərhal dayandırmağı" və "danışıqlar masasına qayıtmağı" tələb etmişdir. Eyni zamanda o, Donetsk, Luqansk, Zaporojya və Xersonda xalqın seçiminin müzakirə olunmayacağını, bu seçimin artıq edildiyini və Rusiyanın buna xəyanət etməyəcəyini bəyan etmişdir.

Reaksiyalar Jurnalistlər bu çıxışı Rusiya liderinin Qərbə qarşı ifadə etdiyi "ən kəskin düşmənçilik bəyannaməsi" kimi qiymətləndirmişdilər.

Ukrayna Prezidenti Volodimir Zelenski Putinin tələblərinə cavab olaraq Ukraynanın danışıqlara hazır olduğunu, lakin bunun "artıq Rusiyanın başqa bir prezidenti ilə" mümkün olacağını bildirmiş və Ukraynanın sürətləndirilmiş qaydada NATO-ya daxil olmaq üçün müraciət etdiyini elan etmişdir.

"Meduza" nəşrində dərc olunan məqalədə iddia edilmişdir ki, bu nitq, demək olar ki, Ukraynaya müdaxilənin başlanğıcından bəri Rusiya təbliğatında istifadə olunan ştamplardan və "yenidil" elementlərindən ibarətdir.

İstinadlar

Kateqoriya:Vladimir Putin Kateqoriya:Rusiya–Ukrayna müharibəsi (2022–hazırda) Kateqoriya:Nitqlər