Pavel Lordkipanidze — Mənbələrdə həmçinin gürcü ad və soyad forması ilə, yəni Pavle Lortkipanidze kimi qeyd olunur.Yefremov “lord”un Kipanidzenin titulu olduğunu düşünürdü – onun fikrincə, Kipanidze knyaz idi, lakin “lord” soyadın (Lordkipanidze) bir hissəsi deyildi. () — knyaz, Rusiya imperiyası və Azərbaycan Xalq Cümhuriyyəti ordusunda xidmət etmiş hərbi xadim, ştabs-kapitan. 1920-ci ilin aprelində Azərbaycanın bolşeviklər tərəfindən işğalı zamanı Yalama-Bakı istiqamətində XI Qırmızı Orduya qarşı ən inadkar və fəal müqavimət göstərmiş zirehli qatarın komandiri kimi tanınır.

Həyatı Pavel Lordkipanidze gürcü əsilzadə knyaz nəslindəndir.

AXC-dövründə və Aprel İşğalı Lordkipanidze Azərbaycan Xalq Cümhuriyyətinin ordu quruculuğunda iştirak etmiş və 1 nömrəli zirehli qatarın komandiri təyin olunmuşdur. 1920-ci ilin aprelində XI Qırmızı Ordu Azərbaycana daxil olarkən, Lordkipanidzenin komandanlıq etdiyi zirehli qatar Yalamadan Bakıya qədər olan dəmir yolu xətti boyu bolşeviklərə fəal müqavimət göstərmiş, Ləcət, Xudat, Xaçmaz, Xırdalan və digər strateji məntəqələrdə qeyri-bərabər artilleriya duellərinə girərək, dəmir yolu körpülərini yandıraraq, relsləri sökərək sovet ordusunun paytaxta girişini hər vəchlə ləngitməyə çalışmış və müdafiə xətləri təşkil edərək, bolşevik zirehli qatarlarının irəliləyişini taktiki manevrlərlə ləngitməyə nail olmuşdur.

Bakı neft mədənlərini qorumaq üçün bolşeviklərlə sövdələşməyə gedən türk generalı Xəlil paşa ordunun müqavimət göstərmədən bolşevik qatarlarını Bakıya buraxması barədə tövsiyə verdikdə, Lordkipanidze bunu xəyanət hesab edərək ona tabe olmamışdır. Bolşevik komandiri Mixail Yefremovun xatirələrinə görə, Anastas Mikoyan şəxsən Lordkipanidze ilə görüşərək ona sovet tərəfinə keçməyi təklif etmiş, hətta Qırmızı Orduda yüksək vəzifə (diviziya komandiri) təklif etsələr də, o, bu təklifləri qətiyyətlə rədd etmişdir. Mikoyan öz xatirələrində bu görüşü belə təsvir edir:O, ortaboylu, Efremovdan yaşca böyük, bığlı bir kişi idi. Üzündə dərin çapıq izi var idi. Bir qədər kökəlməyə meyilli olsa da, çox gümrah görünürdü. Özünü çox təmkinli, özünəəmin və rəsmi aparırdı. Tanış olduqdan sonra bizə dedi: "Mən köhnə ordunun ştabs-kapitanı Lordkipanidzeyəm." Daha sonra gərginliyi azaltmaq və onun könlünü almaq üçün söhbətə belə başladım: Dava-dalaş olmayacaq. Siz köhnə ordunun kapitanı, təcrübəli komandirsiniz. Əgər bizim tərəfimizdə xidmət etsəniz, sizə dərhal diviziya komandiri rütbəsi verərlər, çünki bizim peşəkar zabitlərimiz azdır. Bizə tərəf keçin, sizi məmnuniyyətlə qəbul edərik. Lordkipanidze səsini ucaldaraq, bolşeviklərə qarşı nalayiq ifadələr işlədərək və kəskin şəkildə belə cavab verdi: "Siz bunu mənə necə təklif edə bilərsiniz?! Mən — Kutaisi quberniyasının aznuru (zadəganı), Rusiya ordusunun döyüşlərdə yaralanmış zabiti, heç vaxt bolşeviklərə qoşulmayacağam! Bu, heç vaxt baş verməyəcək!" Mən söylədim ki, ştabs-kapitan, niyə belə həyəcanlanırsınız? Bizim sıralarımızda köhnə orduda xidmət etmiş çoxlu zabit var dedikdə, Lordkipanidze qətiyyətlə, "Xeyr və bir daha xeyr!" dedi. Bu, sizin seçiminizdir, deyərək bir-birimizdən dinc şəkildə ayrıldıq.

Filmoqrafiya "Son iclas" bədii-sənədli filmində Pavel Lordkipanidzenin obrazı aktyor Nəsib Həsənov tərəfindən canlandırılmışdır.

Mənbə

İstinadlar

Ədəbiyyat

Qeydlər

Həmçinin bax

4-cü Quba Piyada Alayı Nikolay Tumanov Hüseyn bəy Ququşov

Kateqoriya:Azərbaycan hərbçiləri Kateqoriya:Gürcülər Kateqoriya:Knyazlar