Nurser Öztunalı (; ) — Türkiyəli memar, naşir və feminist. O, özü məişət zorakılığına məruz qalıb və bu səbəbdən fəal qadın müdafiəçisi oldu. Öztunalı Türkiyədə qurbanları üçün qadın sığınacaqlarını dəstəkləyən bir qrupun qurucularından biri olub.

Nurser Öztunalı Türkiyədə 1980-ci illərdən sonrakı dövrün öncül aktivistlərindən biri idi. Əsl peşəsi memarlıq olsa da, o, eyni zamanda nəşriyyat sahəsində də fəaliyyət göstərib. O, "Kadın Çevresi" (Qadın Çevrəsi) nəşriyyatının, "Mor Çatı" Qadın Sığınacağı Vəqfinin və Memarlıq Vəqfinin qurucularından olub. 12 il boyunca fiziki zorakılığa məruz qaldıqdan sonra, hər cür iqtisadi, sosial və ailə maneələrinə rəğmən boşanması, həm onun şəxsi həyatında bir dönüm nöqtəsi, həm də Türkiyədəki müstəqil feminist hərəkat üçün bir qırılma nöqtəsi idi. Nurser Öztunalı, həmçinin 1980-ci il hərbi çevrilişindən sonrakı bütün təzyiq mühitinə baxmayaraq, Türkiyədə özünü açıq şəkildə "feminist" adlandıran ilk qadın aktivistlərdən biridir. 2021-ci ildə "Heinrich Böll" Fondu tərəfindən verilən Anna Klyayn mükafatını alan "Mor Çatı" Qadın Sığınacağı Vəqfinin qurucularından biri, feminist vəkil Canan Arın, mükafatını Nurser Öztunalıya ithaf edərək bu sözləri deyib: "Həmçinin 'Mor Çatı'nın quruluşundan bəri əməyi keçən, lakin artıq aramızda olmayan Nurser Öztunalı, Birsen Kaşker, Nural Yasin, Türkiyədəki feminist hərəkata böyük əməyi keçən Şirin Tekeli və Feride Yıldırım Günerinin xatirələri önündə hörmətlə əyilirəm." Həyatı Nurser Öztunalı 4 fevral 1947-ci ildə Mersində anadan olub. Memar Sinan İncəsənət Universitetində memarlıq tələbəsi olarkən, 1969-cu ildə doktor Ali Şevket Bürkev ilə ailə qurub və 1972-ci ildə məzun olub.Çubukçu, p. 387 Bu evlilikdən iki qız övladı dünyaya gəlib. Ona qarşı şiddət tətbiq edən Ali Şevket Bürkevdən 1981-ci ildə boşanıb. 28 fevral 1999-cu ildə İstanbulda ürək tutmasından vəfat edib.Çubukçu, p. 387 O, 1996-cı ildə kiçik qızı Almina Bürkevi itirdikdən sonra özünə qapanmışdı. Digər qızı Beyza Bürkev anası haqqında belə deyir: "Anamın 11 yaşımdaykən onunla daha az vaxt keçirməyimə səbəb olan bu mübarizəsi ilə qürur duyuram. Məndən oğurlanmış zamanın boşa getmədiyini düşünürəm."

Türkiyədə ikinci dalğa feminizmin çoxməqsədli ilk təşkilatlanması olan və 1984-cü ildə qurulan "Kadın Çevresi Yayınları"nın (Qadın Çevrəsi Nəşrləri) təsisçilərindən biridir. Təşkilatın ilk fəaliyyət yeri Nurser Öztunalının Beşiktaşdakı memarlıq ofisinin 15 kvadratmetrlik bir otağı olub. İstanbulda 12 sentyabr hərbi çevrilişindən sonra icazə verilmiş ilk kütləvi qadın yürüşü olan "Qadınlar Dayağa Qarşı Həmrəyliyə" (Kadınlar Dayağa Karşı Dayanışmaya) yürüşünün təşkilatçıları arasındadır. Bu yürüşün də daxil olduğu "Dayağa Qarşı Kampaniya"nın adını Nurser Öztunalı tapıb.

1994-cü il martın 4-dən 29-dək Qadın Əsərləri Kitabxanasında Stella Ovadianın hazırladığı "İz Qalsın" (İz Kalsın) adlı seçmədə 1980-ci ildən sonrakı feminist hərəkatın sənədləri sərgilənib. Nurser Öztunalı bu sərgi üçün dayağa qarşı kampaniya qrupu ilə bağlı sənədlərini və qeydlərini təqdim edib. "Dayağa Qarşı Kampaniya"dan sonra qurulan "Mor Çatı" Qadın Sığınacağı Vəqfinin qurucuları arasında yer alan Nurser Öztunalı, vəfat etdiyi 1999-cu ilə qədər bu vəqfin könüllüsü olaraq fəaliyyətini davam etdirib.Çubukçu, p. 387

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Türk feministlər