300px|thumb|right|Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin üçtərəfli görüşü. 2014-cü il 300px|thumb|right|Azərbaycan-Gürcüstan-Türkiyə birgə layihələri 300px|thumb|right|Bakı-Tbilisi-Qars dəmiryoluna həsr edilmiş Azərbaycan poçt markası Azərbaycan-Gürcüstan-Türkiyə əməkdaşlıq formatı — üç ölkə arasında mövcud olan və müxtəlif sahələri əhatə edən əməkdaşlıq formatıdır.
Tarixi 2014-cü ildə Azərbaycan, Gürcüstan və Türkiyə prezidentləri ilk dəfə görüşmüş ve belə üçtərəfli formatdakı görüşlər ənənəyə çevrilmişdir. 2012-ci ildən bəri üç dövlətin xarici işlər nazirləri ənənəvi olaraq görüşlər keçirmişdir. Görüşlər regional münaqişələrin idarə olunması, iqtisadi əməkdaşlıq, biznes tərəfdaşlıqları, elm, mədəniyyət və humanitar səylər kimi sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələlərini əhatə edir. 2012-ci il Trabzon və 2018-ci il İstanbul bəyannaməsində üç dövlət bir-birinin ərazi bütövlüyünə hörmət etməyə, Transxəzər Şərq-Qərb Dəhlizi boyunca sərnişin və yük axınını artırmağa və beynəlxalq platformalarda bir-birini dəstəkləməyə sadiq qaldıqlarını bəyan etmişdir. Üç ölkə hərbi sahədə də əməkdaşlıq edir, üç ölkənin müdafiə nazirləri görüşlər keçirirlər.
Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri və Bakı-Tbilisi-Qars dəmir yolu kimi regional və qlobal miqyaslı layihələr bu əməkdaşlığın məhsullarından bəziləri olmuşdur.
Genişləndirilməsi . 2026-cı ilin aprelində Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş təklif etmişdir ki, Ermənistan Azərbaycan-Gürcüstan-Türkiyə formatına daxil edilsin. Ermənistan parlamentinin spikeri Alen Simonyan bu təklifdən məmnunluğunu ifadə etmişdir. Qeyd edilib ki, Ermənistanın Azərbaycan-Gürcüstan-Türkiyə əməkdaşlıq formatına daxil edilməsi regionda sülh və sabitliyi daha da möhkəmləndirəcək. Simonyan və Kurtulmuş bu təşəbbüsdən irəli gələn digər məsələləri müzakirə etmişdir.
İstinadlar
Kateqoriya:Azərbaycanın xarici siyasəti Kateqoriya:Gürcüstanın xarici siyasəti Kateqoriya:Türkiyənin xarici siyasəti Kateqoriya:2014-cü ildə yarananlar