thumb|right|300px|Latın qrafikalı özbək əlifbası.

Latın qrafikalı özbək əlifbası — özbək dili üçün latın qrafikasına əsaslanan hərf-səs (fonoqrafik) yazı növü. Özbək yazısı tarixində latın qrafikasına əsaslanan əlifbanın bir neçə variantı qəbul edilmişdir.

1929–1934 A aB ʙC cÇ çD dE eƏ əF fG gƢ ƣH hI iJ jK kL lM mN nꞐ ꞑO oӨ өP pQ qR rS sŞ şT tU uV vX xY yZ zƵ ƶЬ ь'

Özbək dilinin latın qrafikasına keçidi məsələsi hələ 1920-ci ildə gündəmə gətirilmişdir. 1921-ci ilin yanvarında bu məsələ Daşkənddə keçirilən diyar qurultayında müzakirə edilmiş, lakin o dövrdə latınlaşdırma tərəfdarları ərəb əlifbasının islahat edilməsinin çoxsaylı tərəfdarları tərəfindən dəstəklənməmişdir. Bu məsələ ikinci dəfə 1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultayda qaldırılmışdır. Həmin qurultayda SSRİ xalqlarının bütün türk dillərinin yeni latın əlifbasına — yanalifə keçidi bəyənilmişdir. Latın qrafikasına keçidi reallaşdırmaq məqsədilə Özbəkistan SSR Sovetləri Mərkəzi İcraiyyə Komitəsinin Rəyasət Heyəti yanında Yeni Əlifba Komitəsi təsis edilmişdir. Yeni əlifbanın müxtəlif layihələri mətbuat səhifələrində, müxtəlif iclaslarda, yığıncaqlarda və konfranslarda geniş şəkildə müzakirə olunmuşdur. Sinharmonizmin yazıda əks etdirilməsi məsələsi ətrafında mühüm diskussiyalar yaranmış; nəticədə sinharmonizmin yazıda göstərilməsi qərara alınmış və bunun üçün əlifbaya saitləri ifadə edən 9 hərf daxil edilmişdir.

Özbək yazısının ərəb qrafikasından latın qrafikasına keçirilməsi haqqında ilkin qərar 15–23 may 1929-cu il tarixlərində Səmərqənd şəhərində keçirilmiş respublika ədibləri, dil və imla mütəxəssisləri, habelə aparıcı ziyalıların iştirak etdiyi konfransda qəbul olunmuşdur. Bu qərar 10 avqust 1929-cu il tarixində Özbəkistan SSR Xalq Maarif Komissarlığının heyəti tərəfindən təsdiq edilmişdir. Könüllülük prinsipindən ziyada, daha çox məcburiyyətə əsaslanan bu proses Moskvada hazırlanan plan əsasında və Moskva nümayəndələrinin nəzarəti altında həyata keçirilmişdir.

1934–1940 A aB ʙC cÇ çD dE e(Ə ə)F fG gƢ ƣH hI iJ jK kL lM mN nꞐ ꞑO oP pQ qR rS sŞ şT tU uV vX xZ zƵ ƶ'

Səmərqənd konfransında qəbul edilmiş "latınlaşdırılmış özbək əlifbası" 33 hərf və bir işarədən (apostrof) ibarət olmuşdur. Konfransda sinharmonizmin özbək ədəbi dili üçün xarakterik hadisə hesab edilməsi və əlifbaya 9 sait üçün xüsusi hərflərin daxil edilməsi ilə hazırlanan imla qaydaları sonradan özünü doğrultmamışdır. Praktikada imla sahəsində pərakəndəlik yaranmış, eyni sözün bir neçə fərqli formada yazılması halları müşahidə olunmuşdur. Nəticədə, yanvar 1934-cü il tarixində dil və imla məsələləri üzrə keçirilən respublika qurultayında özbək əlifbasından Ө ө, Y y, Ь ь hərflərinin çıxarılmasına, Ə ə hərfindən istifadənin məhdudlaşdırılmasına və onun əvəzinə əksər hallarda A a hərfinin tətbiq edilməsinə dair qərar qəbul edilmişdir. Sözügedən qərar Özbəkistan SSR hökuməti tərəfindən 13 mart 1934-cü il tarixində təsdiqlənmişdir.

Bununla belə, 1930-cu illərin ikinci yarısından etibarən özbək yazısının kiril qrafikası əsasında formalaşdırılması işlərinə başlanılmış və bu proses 1940-cı ildə yeni kiril əlifbasının qəbul edilməsi ilə yekunlaşmışdır.

1993–1995 A aB ʙC cÇ çD dE eF fG gĞ ğH hI iJ jK kL lM mN nÑ ñO oÖ öP pQ qR rS sŞ şT tU uV vX xY yZ zɈ ɉʼ

Özbəkistan müstəqillik əldə etdikdən sonra respublikada özbək yazısının kiril qrafikasından yenidən latın qrafikası əsaslı yazıya keçirilməsi barədə mülahizələr irəli sürülmüşdür. Bu məsələ bir il ərzində kütləvi informasiya vasitələrində geniş ictimaiyyətin iştirakı ilə ətraflı müzakirə olunmuş və 2 sentyabr 1993-cü il tarixində Özbəkistan Respublikasının "Latın qrafikasına əsaslanan özbək əlifbasının tətbiqi haqqında" qanunu elan edilmişdir. Yenidən qabul edilmiş özbək əlifbasının 31 hərf və bir tutuq işarəsindən (apostrof) ibarət olduğu müəyyən olunmuşdur.

1995 – hazırda A aB bCh chD dE eF fG gGʻ gʻH hI iJ jK kL lM mN nngO oOʻ oʻP pQ qR rS sSh shT tU uV vX xY yZ zʼ

1993-cü ildə tətbiq edilən əlifbanın və bu əsasda hazırlanan "Özbək dilinin əsas imla qaydaları"nın müzakirəsi prosesində bir sıra təklif və tövsiyələr verilmiş, tənqidi fikirlər bildirilmişdir. Özbəkistan Respublikası Ali Məclisi 6 may 1995-ci il tarixində əlifbaya dəyişikliklər edilməsi barədə qanun qəbul etmişdir. Bu sənədə əsasən: 1) yeni özbək əlifbasının 26 hərf və 3 hərf birləşməsindən ibarət olduğu təsbit edilmişdir; 2) C c, Ɉ ɉ hərfləri əlifbadan çıxarılmışdır; 3) Ç ç, Ğ ğ, Ş ş, Ñ ñ hərflərinin formalarında islahatlar aparılmışdır. Yeni əlifba əsasında fəaliyyətə 1996-cı ildən başlanılması qeyd olunmuşdur.

2004–2005-ci illərdə Özbəkistan Respublikası Ali Məclisi və Nazirlər Kabineti tərəfindən "Latın qrafikasına əsaslanan özbək əlifbasının tətbiqi haqqında" qanunun icrasının daha da sürətləndirilməsi və təkmilləşdirilməsi üzrə mühüm qərarlar qəbul edilmişdir.OʻzME (2000-2005). Abduvahob Madvaliyev.

İstinadlar

Xarici keçidlər Qaysi biri to‘g‘ri: O'zbekiston, O’zbekiston, O`zbekiston yoki Oʻzbekiston?, Ozodlik radiosi Lotin alifbomizdagi baʼzi harflar oʻzgaradi(mi?), Zamin Oʻzbek lotin yozuvi muammolari: internetdagi muhokamalar , Hamza Foziljonov Qaysi biri toʻgʻri: „sentabr“ yoki „sentyabr“? , Xushnudbek Xudayberdiyev

Kateqoriya:Özbək dili