Elişka Krasnohorska (; ) — Çexiyalı feminist və yazıçı. Ədəbiyyat və feminizmlə Karolina Svetla vasitəsilə tanış olub. Lirik poeziya və ədəbi tənqid janrlarında əsərlər yazsa da, o, adətən uşaq ədəbiyyatı və Aleksandr Puşkin, Adam Mitskeviç və Corc Bayron kimi müəlliflərin əsərlərinin tərcüməçisi kimi tanınır. Elişka Krasnohorska Bedrjix Smetananın dörd operası üçün librettolar yazıb: "Öpüş" (The Kiss), "Sirr" (The Secret), "Şeytan divarı" (The Devil's Wall) və "Viola". O, həmçinin Zdenek Fibixin "Blanik" operasının librettosunun müəllifidir. 1873-cü ildə o, "Ženské listy" (Qadın vərəqləri) jurnalının əsasını qoymuş və 1912-ci ildə rəhbərliyi Jindrişka Flajhansovaya təhvil verənə qədər həmin jurnala rəhbərlik başlıq edib.
1890-cı ildə Krasnohorska Praqada Avstriya-Macarıstan imperiyasında qızlar üçün ilk gimnaziya olan Minerva Məktəbinin əsasını qoyub. Bu məktəbdə tədris dili çex dili idi. Həyatı Elişka Krasnohorska Praqada sənətkar Ondrej Peç (1804–1850) və Dorota Katerina Vodvarkovanın (1816–1892) ikinci evliliyindən səkkiz uşaqdan yeddincisi kimi anadan olub. Ondrej Peçin əsilzadə titulu almaq arzusu olub və quberniya arxivinin bir məmuru tərəfindən guya Pojizeridəki "Krásná Horka"dan olan qədim cəngavər Peç nəslindən gəldiyinə dair saxta şəkildə inandırılıb. On altı yaşlı Aljbeta ilk şeirlərini dərc etdirmək istəyəndə dövrün qaydalarına görə bunu öz adı ilə etmək mümkün olmayıb. O, atasının xatirəsinə Elişka Krasnohorska təxəllüsünü seçib. Məktəbdə müəllimi Svoboda məşhur çex kraliçasının şərəfinə onu Elişka (Aljbetanın çex variantı) deyə çağırıb. O, həmçinin "Beta Rozmarna" və ya "T.Svorska" kimi başqa təxəllüslərdən də istifadə edib, lakin daha çox Elişka Krasnohorska kimi tanınıb.
Elişkanın atası o hələ üç yaşında olarkən vəfat edib. Anası Dorota Praqaya gənc yaşlarında gəlib və ailə qurmağa həvəsli olmasa da, sonradan üç uşaq atası olan dul Ondrej Pech ilə evlənib. Həyat yoldaşının ölümündən sonra Dorota uşaqlarının təhsilinə xüsusi önəm verib. Elişka Svoboda ailəsinin özəl qızlar məktəbində oxuyub və orada həm təməl biliklər, həm də fransız dili öyrənib. Məktəbi 12 yaşında bitirib, çünki həmin dövrdə qızların gimnaziyada təhsil alması mümkün olmayıb.
Buna baxmayaraq, o, təhsilini qardaşlarının və anasının evində toplaşan dostların köməyi ilə davam etdirib; ədəbiyyat, musiqi və incəsənət haqqında debatlara qoşulub. Pianoda çalmağı, oxumağı və rəsm çəkməyi öyrənib. Onu "Ruchovci" ədəbi dairəsinə Karolina Svetla və Viteslav Halek gətirib.
Emansipasiya hərəkatı və "Minerva" Qadınların emansipasiyası hərəkatı ilə məşğul olub və 1871-ci ildə Karolina Svetla ilə birlikdə "Çex Qadın İstehsalat Birliyi"ni təsis edib. 1873-cü ildə "Ženské listy" (Qadın vərəqləri) jurnalını qurub və onun redaktoru olub.
Qızların gimnaziya təhsili alması və universitetə daxil olması üçün Reyxsrata (Dövlət Şurası) təqdim edilən petisiya üçün 4 810-dan çox imza toplayıb. Vyana hökumətinin ləngliyi və ictimaiyyətin maraqsızlığı onu özəl qızlar gimnaziyası açmağa sövq edib. 1890-cı ildə "Minerva" qadın təhsili birliyini və Mərkəzi Avropada ilk qızlar gimnaziyasını təsis edib. O, həmçinin çex qadın hərəkatı haqqında ilk mühüm əsərlərdən biri olan "Çex Qadın Məsələsi"nin (1881) müəllifidir.
Mükafatları O, həmçinin ədəbi tənqidlə məşğul olub, bir çox nüfuzlu jurnallarda (Lumír, Světozor və s.) yazılar yazıb. "Əlyazmalar mübahisəsi"ndə onların həqiqiliyini ehtirasla müdafiə edib və qarşı tərəfi (T.Q.Masarik başda olmaqla) vətənpərvərlik çatışmazlığında ittiham edib.
1922-ci ildə Karl Universiteti 75 illik yubileyi münasibətilə Elişka Krasnohorskaya fəlsəfə üzrə fəxri doktor adı verib. O, bu şərəfə layiq görülən ilk qadın olub. Daha sonra prezident Masarik onu Çexiya Elm və İncəsənət Akademiyasının həqiqi üzvü təyin edib.
Gəncliyindən bəri oynaq ağrılarından əziyyət çəkib və həkimlərin məsləhəti ilə heç vaxt ailə qurmayıb, uşağı olmayıb. Ömrünün son illərində dostlarının köməyinə möhtac qalıb.
İstinadlar
Xarici keçidlər
Soupis pražského obyvatelstva 1830–1910, rodina Andrease Pecha *1804 Rozhlasové adaptace vybraných děl k bezplatnému stáhnutí ve formátu mp3 na webových stránkách Českého rozhlasu 3-Vltava Gymnázium Elišky Krásnohorské Geburts Buch: Juliana Dorothea Theresia Pech Geburts Buch: Dorothea Leopoldine Barbara /:posthuma:/ Pech
Kateqoriya:Avstriya-Macarıstan yazıçıları Kateqoriya:XIX əsr tərcüməçiləri