thumb|Penologiya — cinayətkarların cəzalandırılması və islah edilməsi üsullarını öyrənən kriminologiya sahəsidir.
Penologiya ( — "cəza" və — "elm") — cinayətkarların cəzalandırılması, penitensiar müəssisələrin idarə olunması və məhkumların reabilitasiyası üsullarını tədqiq edən kriminologiya sahəsidir. Bu elm sahəsi həm cəzanın effektivliyini, həm də cinayət törətmiş şəxslərin yenidən cəmiyyətə qazandırılması (resosializasiya) proseslərini öyrənir.
Tədqiqat sahələri və metodları
Penologiya təkcə həbsxana sistemi ilə məhdudlaşmır; o, həmçinin alternativ cəza üsullarını və sosial nəzarət mexanizmlərini də tədqiq edir. Müasir penologiyanın əsas diqqət mərkəzində duran məsələlər aşağıdakılardır:
Penitensiar idarəetmə: Cəzaçəkmə müəssisələrinin daxili rejimi, məhkumların hüquqları və təhlükəsizlik standartları. Reabilitasiya: Höküm geymiş şəxslərin psixoloji bərpası, peşə təhsili və asılılıqlardan müalicəsi. Alternativ sanksiyalar: Azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növləri. Bura parkların təmizlənməsi, yaşlılara qulluq, kitabxanalarda yardım kimi icbari ictimai işlər və müxtəlif QHT-lərdə könüllü xidmət daxildir.
Sosial funksiyası
Penologiyanın təməlində cinayətkarın cəzalandırılması ilə yanaşı, onun sosial nizama zərər vermədən yenidən cəmiyyətə inteqrasiya olunması dayanır. Müasir yanaşma "cəza üçün cəza" prinsipindən daha çox, cinayətin təkrar törədilməsinin (residiv) qarşısını almağa yönəlmişdir.
Bəzi hallarda, xüsusilə sosioloji tədqiqatlarda penologiyanın tətbiq etdiyi nizam-intizam metodları metaforik olaraq valideynlik (nəzarət və islah funksiyası) modeli ilə də müqayisə edilir.
İstinadlar
Əlavə ədəbiyyat siyahısı
Diiulio, John J., Governing Prisons: A Comparative Study of Correctional Management, Simon and Schuster, 1990. Feeley, M. M., & Simon, J. (1992). The new penology: Notes on the emerging strategy of corrections and its implications. Criminology, 30(4), 449-474. Kazemian, L., McCoy, C., & Sacks, M. (2013). Does law matter? An old bail law confronts the New Penology. Punishment & Society, 15(1), 43-70.
Xarici keçidlər
CrimLinks UK based site
Kateqoriya:Penologiya Kateqoriya:Cinayət hüququ Kateqoriya:Hüququn sahələri