Jus ad bellum () — dövlətin müharibə etmək və ya güc tətbiq etmək hüququnu müəyyən edən meyarlar məcmusu. İkinci Dünya müharibəsinə qədər bu hüquq dövlətlərarası münaqişələrin həllində "Ədalətli müharibə" () çərçivəsində məqbul hesab edilirdi.

Müasir beynəlxalq hüquqda müharibə aparmaq, eləcə də güclə hədələmək 1945-ci ildən etibarən BMT Nizamnaməsi ilə qadağan edilmişdir. Nizamnamənin 2-ci maddəsinin 4-cü bəndinə əsasən, təşkilatın bütün üzvləri öz beynəlxalq münasibətlərində hər hansı bir dövlətin ərazi bütövlüyünə və ya siyasi müstəqilliyinə qarşı, yaxud BMT-nin məqsədlərinə müvafiq olmayan hər hansı digər şəkildə güclə hədələməkdən və ya güc tətbiq etməkdən çəkinməlidirlər.

Güc tətbiqinə icazə verilən hallar

Müasir beynəlxalq hüquqa görə, güc tətbiqinə yalnız iki müstəsna halda icazə verilir: Özünümüdafiə: Dövlətin fərdi və ya kollektiv (ittifaq daxilində) şəkildə özünü müdafiə etmək hüququ (BMT Nizamnaməsi, maddə 51). BMT Təhlükəsizlik Şurasının qərarı: Beynəlxalq sülh və təhlükəsizliyin mühafizə edilməsi məqsədilə BMT Təhlükəsizlik Şurasının hərbi müdaxilə haqqında qətnamə qəbul etməsi (BMT Nizamnaməsi, maddə 42-44).

Əsas meyarlar

"Ədalətli müharibə" nəzəriyyəsinə görə Jus ad bellum aşağıdakı meyarlara cavab verməlidir: Legitim hakimiyyət: Müharibə yalnız dövlətin rəsmi orqanları tərəfindən elan edilə bilər. Ədalətli səbəb (): Məsələn, təcavüzə cavab vermək. Düzgün niyyət: Məqsəd qisas deyil, sülhün bərpası olmalıdır. Son çarə (): Bütün diplomatik yollar tükəndikdən sonra gücə əl atılmalıdır.

Həmçinin bax

Müharibə qanunları Jus in bello Ədalətli müharibə nəzəriyyəsi

İstinadlar

Əlavə ədəbiyyat siyahısı

Xarici keçidlər

War & Law Crimes of War Characteristics Of Intractable Conflicts Internet Encyclopedia of Philosophy Rutgers: Book/Reading List Essay hosted at USAF site Joseph R. Cerami, James F. Holcomb (Editors). U.S. Army War College guide to strategy. Strategic Studies Institute, 2001. ., pp. 19–30. Chapter 3. Ethical issues in War, An overview, Cook, Martin L. Stanford encyclopedia entry for war Brander, Kenneth Rabbi. "Is All Fair in Love & War?" Just & Unjust Wars through the prism of Jewish and Secular Thought", part 1 and part 2

Kateqoriya:Latınca hüquqi terminlər Kateqoriya:Ədalətli müharibə nəzəriyyəsi Kateqoriya:Müharibə qanunları Kateqoriya:Hüquqi terminlər