thumb|right|Rahimə Xatunun mənbəsi bilinməyən fotosu. Rahimə Xatun (; ) — Türkiyə İstiqlaliyyət müharibəsində iştirak etmiş döyüş qəhrəmanı.
Birinci Dünya müharibəsindən sonra Anadolu pay torpaqlarını işğal edən Fransız qüvvələrinə qarşı döyüşmüşdür. O, 9-cu diviziyanın dəstələrindən birinin komandanı olub. Düşmən üzərinə atı ilə sanki uçurmuş kimi hücum etdiyi üçün ona "Tayyar" (uçan) ləqəbini vermişdilər. Rahimə Xatun Osmaniyədəki Fransız qərargahına təşkil edilən hücum zamanı vurularaq şəhid olmuşdur. Həyatı Rahimə Xatun Osmaniyə vilayətinin Kaypak nahiyəsinin Raziyeler (indiki adı Qayalı) kəndinin Qanlıkeçid məhəlləsində 1890-cı ildə anadan olub. Əsl adı Rahimədir. Atasının adı Kösə Abdullah, anasının isə Xədicə xanımdır. Məktəbdə təhsil alıb-almaması, savadlı olub-olmaması barədə məlumat yoxdur. İki dəfə ailə quran Rahimə Xatunun birinci nikahından iki qızı, ikinci nikahından isə iki oğlu olub, oğullarının hər ikisini gənc yaşda itirib.
Osmanlı imperiyasının I Dünya müharibəsində məğlubiyyətindən sonra, fransızlar Says-Piko sazişinə əsaslanaraq Anadolunun cənubuna qoşun çıxardılar. İşğalçı qüvvələrin bölgədəki erməni dəstələri ilə əməkdaşlıq edərək xalqı qətlə yetirməsi və əmlaklarını talan etməsi nəticəsində Osmaniyədə partizan müharibəsi başladı. Rahimə Xatun 1920-ci ilin fevral ayında Qanlıkeçid dəstə rəhbərlərindən olan Hüseyn Ağanın Milli Qüvvələrinə könüllü olaraq qoşuldu. O, arxa cəbhədə qalmaqdan imtina edərək, döyüşə atıldı. Yanıqqışla və Qaraigid kəndlilərindən ibarət olan "Qırmızı Müfrəzə"yə onbaşı rütbəsi ilə daxil oldu.
89-cu tümen tərəfindən 1920-ci ilin fevralında Həsənbəyli ətrafındakı 9-cu tunelə edilən hücumda öz dəstəsi ilə iştirak etmiş Rahimə Xatun döyüşdə fransızlardan 80 tüfəng və iki pulemyot qənimət götürə bilmişdi. Miralay Mehmed Arif bəy xatirələrində bu döyüşdə iki əsgərin şəhid olduğu, şəhidləri xilas etmək üçün qəhrəmancasına irəli atıldığına görə Rahimə Xatuna "Tayyar" (uçan) ləqəbi verildiyi haqqında yazır.
Rahimə Xatunun dəstəsi, 1920-ci ilin iyulunda Osmaniyənin Əlibəy məhəlləsində fransız qərargahı kimi istifadə edilən Hacı Ökkəşin malikanəsinə edilən hücumda da iştirak edib. Bu hücum zamanı yoldaşlarının tərəddüdü qarşısında Rahimə Xatun onları hücuma belə təşviq etmişdi:
"Mən qadın olduğum halda ayaq üstə dururam, bəs siz kişi olduğunuz halda yerdə sürünməkdən və gizlənməkdən utanmırsınız?"
Bu toqquşma nəticəsində qərargah binası ələ keçirildi. Rahimə Xatun isə binanın önündə vuruldu. Nəşi Osmaniyədəki Sənət Məktəbinin yerləşdiyi ərazidəki Hacıosmanlı qəbiristanlığında torpağa verilib. 1962-ci ildə Rahimə Xatunun sümükləri məktəb tikintisi səbəbiylə Ənvərül-Həmid məscidinin (Ulu məscid) həyətinə köçürülüb.
Xatirəsi Osmaniyə mərkəzində bir məhəlləyə, bir Qız Peşə Liseyinə Rahimə Xatunun adı verilib.
Osmaniyə valiliyinin təşəbbüsü ilə Osmaniyə Peşə Yüksək Məktəbinin keramika bölməsindən Nejdət Sakaryanın dizayn etdiyi 1,5-2 metr hündürlüyündəki keramikadan Rahimə Xatun heykəli, 2000-ci ildə Cəbəl-i Bərəkət valiliyinin binasının bağçasında ucaldılmışdır. Osmaniyə mərkəzindəki Dövlət Bağçalı meydanının yenidən qurulması zamanı müvəqqəti olaraq Şəhid Xəlil İbrahim Qaraoğlanoğlu parkına yerləşdirilən heykəl, 2012-ci ildə keçmiş Fıstıqçılar Çarşısının yerində inşa edilən meydana köçürüldü. Yeni meydana Rahimə Xatun meydanı adı verildi. Qeydlər
İstinadlar
Kateqoriya:Türkiyə İstiqlaliyyət müharibəsində qadınlar