Solomon (; ) — Macarıstan kralı.

Hələ atasının sağlığında varis elan edildi. Bu səbəblə, əmisi I Bela hakimiyyətə qarşı üsyan başlatdı. Nəticədə 1060-cı ildə atası taxtdan endirildi. Almanların dəstəyilə 1063-cü ildə Solomon vətənə qayıtdı və taxta çıxdı. Müqəddəs Roma imperatoru IV Henrinin bacısı ilə evləndi. Ertəsi il üsyankar əmisinin 3 oğluyla barışdı və onları mərkəzi hakimiyyətə tabe etdi.

Ancaq əmisi oğlanları ilə münasibətləri 1070-ci illərdə yenidən pisləşdi. Əmisi oğlu I Qeza ilə döyüşdə yaralandı və taxtdan endirildi. Macarıstanın qərbində kiçik bir əyalətdə hakimiyyətini davam etdirdi. Böyük Macarıstan taxtına isə əmisi oğlu I Qeza çıxdı.

Əmisi oğlu I Qezanın 1077-ci ildə vəfatının ardından taxt mübarizəsi yenidən alovlandı. Belə ki, mərhum kralın övladları azyaşlı idi. Kiçik qardaşı Vladislavın isə siyasi dəstəyi yox idi. 1081-ci ilədək davam edən taxt mübarizəsi Solomonun həbsiylə nəticələndi. 1085-ci ildə azadlığa buraxıldı.

Mənbə

Ədəbiyyat

Anna Comnena: The Alexiad (Translated by E. R. A. Sewter) (1969). Penguin Books. . "Bernold of St Blasien, Chronicle" (2008). In Robinson, I. S. Eleventh-Century Germany: The Swabian Chronicles. Manchaster University Press. pp. 245–337. . "Berthold of Reichenau, Chronicle: Second Version" (2008). In Robinson, I. S. Eleventh-Century Germany: The Swabian Chronicles. Manchaster University Press. pp. 108–244. . "Pope Gregory VII's letter to King Solomon of Hungary, claiming suzerainty over that kingdom". In The Correspondence of Pope Gregory: Selected Letters from the Registrum (Translated with and Introduction and Notes by Ephraim Emerton). Columbia University Press. pp. 48–49. . Simon of Kéza: The Deeds of the Hungarians (Edited and translated by László Veszprémy and Frank Schaer with a study by Jenő Szűcs) (1999). CEU Press. . The Hungarian Illuminated Chronicle: Chronica de Gestis Hungarorum (Edited by Dezső Dercsényi) (1970). Corvina, Taplinger Publishing. .

İstinadlar Kateqoriya:Macarıstan kralları Kateqoriya:XI əsr Avropa hökmdarları