Sınan qılınc () — Qırğızıstan yazıçısı Toloqon Qasımbəyovun qələmə aldığı tarixi roman.
Təsviri Roman "Sınan qılınc", "Kəlkəl", "Basqın" və "Qırğın" əsərlərindən ibarət tetralogiyanın tərkib hissəsini təşkil etmişdir.Ульмасова З. Исторический роман как отражение реальности жизни // Вестник Бишкекского гуманитарного университета. — 2015. — № 2(32). — С. 127—130.
Hadisələr Kokand xanlığında 1801-ci il tarixindən – Alim xanın hakimiyyəti dövründən 1876-cı il tarixinə – Polad xanın edam edildiyi vaxta qədər olan dövrü əhatə etmişdir. Romanda Kokand xanlığındakı daxili siyasi mübarizədən və Rusiya imperiyası ilə olan qarşıdurmadan bəhs olunmuşdur. Bu mübarizə nəticəsində xanlıq imperiyanın tərkibinə daxil edilmişdir. Bununla paralel olaraq, həmin gərgin dövrdə qırğız nəsillərindən birinin həyatı da təsvir olunmuşdur.Абдыраманова А. Ш. Вопросы исторической правды в романе Тологона Тасымбекова «Сломанный меч» // Наука, новые технологии и инновации Кыргызстана. — 2018. — №. 5. — С. 197—200
Tarixi Romanın mətni müəllif tərəfindən dəfələrlə dəyişikliyə məruz qalmışdır. 1961-ci il tarixində əsərin jurnal variantı nəşr edilmişdir. Həmin variantda Kokand üsyanının rəhbəri Polad xan müsbət qəhrəman, üsyanın yatırılması üçün göndərilən Rusiya generalı Mixail Skobelev isə mənfi obraz kimi təqdim olunmuşdur. Bu yanaşma kəskin müzakirələrə səbəb olmuş, roman proletariat qardaşlığı və xalqların dostluğu konsepsiyasına zidd hesab edilmiş, buna görə tənqid olunmuşdur. Qırğızıstan KP MK-nın birinci katibi Turdakun Usubəliyevin təklifi ilə Toloqon Qasımbəyov əsəri Rusiya tarixi roman janrının tələblərinə uyğun olaraq yenidən işləmişdir.
Romanın ayrıca kitab şəklində nəşri 1966-cı il tarixində həyata keçirilmişdir. 1971-ci il tarixində L. Lebedevanın tərcüməsində əsərin rusdilli nəşri, 1980-ci il tarixində isə rusdilli versiya əsasında ingilis dilinə tərcüməsi işıq üzü görmüşdür. 1998-ci il tarixində qırğız dilində əsərin yeni, yenidən işlənmiş nəşri çap olunmuşdur. Ümumilikdə roman qırğız dilində beş dəfə nəşr edilmişdir. Toloqon Qasımbəyov qırğız dilindəki mətni ideoloji tələblər səbəbindən edilən dəyişiklikləri düzəltmiş və yenidən formalaşdırmışdır, lakin rus və ingilis dillərində yalnız sovet dövrünə aid versiyaların tərcümələri mövcud olmuşdur.
Rəylər Qırğızıstan ədəbiyyatşünası, professor Gülnarə Mirzəhmədova qırğız ədəbiyyatında tarixi nəsr janrının yüksək peşəkar səviyyədə inkişafının məhz Toloqon Qasımbəyovun "Sınan qılınc" romanının ortaya çıxması ilə başladığını qeyd etmişdir.
Digər Qırğızıstan ədəbiyyatşünası Abdukadır Sadıkov "Sınan qılınc" əsərini Qırğızıstan ədəbiyyatında tarixi romanlar sahəsində yeni bir eranın başlanğıcı kimi qiymətləndirmişdir. O, Toloqon Qasımbəyovu böyük bir pedaqoq adlandıraraq, tarixin sadə və quru faktlar şəklində də oxuna biləcəyini, lakin müəllifin bu faktları bədii obrazlara çevirməyi bacardığını vurğulamışdır.
İstinadlar
Kateqoriya:Qırğızıstan tarixi Kateqoriya:XIX əsr haqqında romanlar