Cinayət məsuliyyəti yaşı — cinayət qanunu ilə müəyyən edilmiş, şəxsin cinayət məsuliyyətinə və cəzaya cəlb oluna bilməsi üçün çatmalı olduğu yaş həddi (insanın psixofizioloji vəziyyətinin təqvimi dövrü). Cinayət məsuliyyəti yaşı cinayətin subyektinin mütləq əlamətidir. Bir çox dövlətlərin cinayət qanunvericiliyində minimum cinayət məsuliyyəti yaşı müəyyən edilir, bəzi hallarda isə konkret cinayətlərin (cinayət hüquqpozmalarının) ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq cinayət məsuliyyəti yaşının müəyyən diferensiasiyası nəzərdə tutulur.
Xarici ölkələrin qanunvericiliyində minimum cinayət məsuliyyəti yaşı
Yaş, cinayət subyektinin ayrılmaz və vacib əlaməti kimi, müxtəlif istiqamətli xarici dövlətlərin cinayət hüququnda onların formalaşmasının tarixi mərhələlərində fərqli şəkildə müəyyən edilir və hər bir dövlətin inkişaf xüsusiyyətlərindən asılı olaraq əhəmiyyətli dərəcədə fərqlənir.Павлов В. Г. Возраст как признак субъекта преступления // в кн.: Энциклопедия уголовного права / Ред. В. Б. Малинин; авт. В. Н. Кудрявцев [и др.]. — Т. 4: Состав преступления. — СПб.: Издательство профессора Малинина, 2005. — 796 с. — С. 523.
Minimum cinayət məsuliyyəti yaşı ayrı-ayrı dövlətlərin qanunvericiləri tərəfindən fərqli tənzimlənir və 7 ilə 15 yaş diapazonunda dəyişir. Xüsusilə, minimum cinayət məsuliyyəti yaşı aşağıdakı kimi müəyyən edilir: 7 yaş – İrlandiya, Misir, İraq, Livan, Yəmən və s.; 8 yaş – Şotlandiya, Şri-Lanka; 9 yaş – İraq, Filippin; 10 yaş – İngiltərə, Yeni Zelandiya; 12 yaş – Türkiyə; 13 yaş – Fransa, Polşa, Əlcəzair və s.; 14 yaş – Azərbaycan, Belarus, Rusiya, Lixtenşteyn və s.; 15 yaş – İsveç, Çexiya.
İstinadlar
Ədəbiyyat siyahısı
Əlavə ədəbiyyat siyahısı
Maher, Gerry. Age and Criminal Responsibility. 2005 Vol 2. Ohio State Journal of Criminal Law. 493 Wayback Machine CRC Country Reports (1992–1996); Juvenile Justice and Juvenile Delinquency in Central and Eastern Europe, 1995; United Nations, Implementation of UN Mandates on Juvenile Justice in ESCAP, 1994; Geert Cappelaere, Children's Rights Centre, University of Gent, Belgium.
Kateqoriya:Cinayətkarlıq və uşaqlar Kateqoriya:Cinayət məsuliyyətini istisna edən hallar Kateqoriya:Cinayət məsuliyyəti yaşı