Bosniya və Herseqovina Federasiyasının Birinci Liqası () — Bosniya və Herseqovinada futbol liqasıdır. Serb Respublikasının Birinci Liqası ilə birlikdə o, Bosniya və Herseqovinada futbolun ikinci səviyyəsini təşkil edir. Rəsmi olaraq sponsorluq məqsədləri üçün Bosniya və Herseqovina Federasiyası WWin Birinci Liqası kimi tanınır

Liqa 14 komandadan ibarətdir. Hər bir komanda normal mövsüm ərzində ümumilikdə 26 oyun keçirir, hər rəqiblə iki dəfə (bir dəfə evdə və bir dəfə səfərdə) qarşılaşır. Liqa çempionu Bosniya və Herseqovina Premyer Liqasına yüksəlir. Aşağı düşən komandalar isə Bosniya və Herseqovina Federasiyasının İkinci Liqasına yollanırlar. Aşağı düşən klubların sayı növbəti mövsümlərdə yarışa neçə komandanın qatılacağından asılıdır ki, bu da Futbol Assosiasiyası tərəfindən mövsümi olaraq qərara alınır. Nəticədən asılı olaraq iki və ya üç komanda aşağı liqaya düşə bilər.

Sponsorluq 13 avqust 2020-ci ildə Bosniya və Herseqovina Federasiyasının Futbol Assosiasiyası Mtel ilə liqanın sponsorluğuna dair üç illik müqavilə imzaladı və liqanın adı rəsmən m:tel Birinci Liqası olaraq dəyişdirildi.

12 sentyabr 2024-cü ildə Bosniya və Herseqovina Federasiyasının Futbol Assosiasiyası WWin ilə liqanın sponsorluğuna dair üç illik müqavilə imzaladı və liqanın adı rəsmən WWin Birinci Liqası oldu.

2025–26 mövsümünün iştirakçı klubları Komanda Şəhər Stadion Tutumu Bratstvo Qraçanitsa Stadion Luke 5,200 Buduçnost Banoviçi Buduçnost stadionu 8,500 Çelik Zenitsa Bilino Polye stadionu 15,293 QOŞK Qabela Peritsa-Pero Pavloviç stadionu 3,000 İqman Konyits Konyits şəhər stadionu 5,000 Yedinstvo Bihaç Pod Boriçima stadionu 7,500 Radnik Haciçi Haciçi şəhər stadionu 500 Sloboda Tuzla Tuşan şəhər stadionu 7,200 Stupçanitsa Olovo Danats stadionu 1,500 Tomislav Tomislavqrad Qradski Stadion Tomislav 2,000 TOŞK Teşan Stadion Luke 7,000 Travnik Travnik Pirota stadionu 3,076 Tuzla Siti Tuzla Tuşan şəhər stadionu 7,200 Vitez Vitez Vitez şəhər stadionu 3,500

Liqa çempionları Mövsüm Çempion 2000–01 Qrude 2001–02 Jepçe 2002–03 Travnik 2003–04 Buduçnost Banoviçi 2004–05 Yedinstvo Bihaç 2005–06 Velej Mostar 2006–07 Travnik 2007–08 Zvezda Qradaçats 2008–09 Olimpik 2009–10 Buduçnost Banoviçi 2010–11 QOŞK Qabela 2011–12 Qradina 2012–13 Vitez 2013–14 Sloboda Tuzla 2014–15 Mladost Doboy Kakan 2015–16 Metalleqhe-BSİ 2016–17 QOŞK Qabela 2017–18 Sloqa Simin Han 2018–19 Velej Mostar 2019–20 Olimpik 2020–21 Posuşye 2021–22 İqman Konyits 2022–23 QOŞK Qabela 2023–24 Sloboda Tuzla 2024–25 Stupçanitsa Olovo

İstinadlar